backend

Rumıniyada 500 min insan küçələrdə - Hökuməti istefaya səsləyir

Rumıniyada 500 min insan küçələrdə - Hökuməti istefaya səsləyir












Rumıniyanın paytaxtında yüz minlərlə insanın iştirakı ilə nümayiş keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət etirazlara səbəb olan qalmaqallı fərmanı ötən gün ləğv etsə də, nümayişlər ara vermir.

Qeyd edək ki, Rumıniyada adı 47 min dollardan az korrupsiya olayına qarışmış məmurların cinayət məsuliyyətindən azad olunması ilə bağlı qərar çıxarılmışdı.

Artıq altı gündür ki, ard-arda nümayişlərə gedən insanlar hökumətin istefasını tələb edir. Ümumi etirazçıların sayı isə 500 minə yaxın dəyərləndirilir.