backend

“Özümü danışır, yoxsa…” - Deputat Jirinovskiyə və "Rusiyasevdalılar"a od "püskürdü"

“Özümü danışır, yoxsa…” - Deputat Jirinovskiyə və "Rusiyasevdalılar"a od "püskürdü"











“Mənasız və qalmaqallı açıqlamaları, bəzən dediyi bir fikri bir müddət sonra təkzib etməsi ilə tanınan, Rus və SSRİ imperiyaları həsrəti ilə yaşayan Jirinovski yenə açıb ağzını və SSRİ-nin işğalından minbir əziyyətlə xilas olub müstəqilliyini qazanan ölkələrə hucum edib. Bu adam özünün uydurduğu xəyallarına özünü o qədər inandırıb ki, hələ də anlamır ki, məsələn, Azərbaycan xalqı heç zaman onun ölkəmizlə bağlı Bakı quberniyası və sar kimi arzularının reallaşmasına imkan verməz və verməyəcək”

Bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Qazaxıstan yəqin ki, onun qazax xalqı ilə bağlı təhqirlərinə lazımi cavab verəcək.

“Jirinoskinin keçmişi də, fəaliyyəti də hər kəsə bəllidir və ciddi qəbul ediləcək tərəfi yoxdur, amma hər dəfə onun bu cür açıqlamalarından sonra insanı düşündürən önəmli sual budur. Özümü danışır, yoxsa, onu danışdırırlar… Əgər danışdırırlarsa, düşündürücüdür…

Rusiyada onu tanıyan ziyalılarımızdan kimsə varsa, ona söyləsin ki, vaxtını ölkəsinin ciddi problemlərinin həllini düşünməyə həsr etsin. Bakı heç bir zaman heç kimsənin quberniyası olmayacaq. Hər zaman müstəqil Azərbaycan dövlətinin paytaxtı olacaq.

Onun bu cür açıqlamaları isə Şimal qonşumuzda bir çoxlarının ürəyindən keçən bu cür xəyallar barədə xalqımızın hər zaman daha çox məlumatlı olmasına və müstəqil dövlətimizə daha da çox sarılıb onun müstəqilliyi üçün çalışmamıza səbəb olur o qədər…” – deyə, Q. Paşayeva daha sonra sözlərinə əlavə edib.


“Özümü danışır, yoxsa…” - Deputat Jirinovskiyə və "Rusiyasevdalılar"a od "püskürdü"