backend

Bahalaşma cənub zonasına çatdı: Çörəyin çəkisi azaldı, qiyməti 40 qəpiyə qalxdı - Təcili

Bahalaşma cənub zonasına çatdı: Çörəyin çəkisi azaldı, qiyməti 40 qəpiyə qalxdı - Təcili














Cənub zonasında iqtisadi vəziyyəti ağırlaşıb

Lənkəran, Masallı və Astarada çörəyin qiyməti qalxıb, çəkisi azalıb.

Əvvəllər 30 qəpiyə olan zavodu çörəyi indi 40 qəpiyə satılır. Bu da cənub regionunda külfət olan ailələrə ciddi şəkildə təsir edir. Bu regionda işsizlik və yoxsulluq səviyyəsi daha yüksəkdir.

Nə davadır, nə qar yağıb, nə də çovğundur. Çörək niyə qalxmalıdır. Çörək və un satışı həyata keçirən topdansatış mərkəzlərindən biri isə dediyinə görə, bir neçə gün əvvəl çörək və unun satışını tamamilə dayandırıb.

O, səbəb kimi həddindən çox bahalaşma və insanların alış qabiliyyətinin aşağı düşməsini göstərir. Azərbaycan hökuməti bir müddət əvvəl un və çörəyin satışına standart qiymətlər tətbiq etməyə başlayıb.

Belə olan halda çörəyin qiymətinin bəzi yerlərdə bahalaşmasının səbəbi nədir? Bütövlükdə ayrı-ayrı bazarlarda qiymət bahalaşması gedir, o cümlədən çörək və çörək məmulatlarında. Bu halda onların [un və çörəyin] qiymətini sabit saxlamaq mümkün deyil.

Politika.Az-a verilən məlumata görə, Lənkəran, Masallı və Astarada çörəyin qiyməti əhalini narazı salıb. Çörəyin qiymətinin artması ailə büdcəsinə təsirsiz ötüşməyəcək. Bəs, bu artımı şərtləndirən səbəblər hansılardır?

Dünya bazarında taxılın qiymətinin ucuzlaşdığı bir zamanda belə bir vəziyyətin yaranması sual doğurur.

Digər tərəfdən hələ bahalaşmadan əvvəl kənd təsərrüfatı nazirliyindən bəyan olunmuşdu ki, istehlak olunan taxılın 75 faizi daxili istehsal hesabına ödənilir.

Belə olan halda bahalaşmanın səbəbləri aydınlaşdırılmır. Çörək bişirmə ilə uzun müddətdir ki, məşğul olan sahibkarlara öz bizneslərini genişləndirməyə, yeni avadanlıqlar gətirməyə imkan verilmir.

Bu gün ən çətin durumda olan məhz bu cür sahibkarlardır. Təxminən 5-ə yaxın yeni zavod -çörək istehsal edən müəssisə istifadəyə verilib ki, bunlar da oliqarxlara məxsusdur.