backend

Direktor 248 saylı məktəbi bazar qanunları ilə idarə edir- ŞİKAYƏT

Direktor 248 saylı məktəbi bazar qanunları ilə idarə edir- ŞİKAYƏT





Bir neçə gün öncə ölkənin müxtəlif media quruluşlarında Binəqədi rayonunda fəaliyyət göstərən Nizami Nərimanov adına 248 saylı orta məktəbi ilə bağlı məlumatlar dərc olunub. Həmin yazılarda 248 saylı orta məktəbin direktoru Əsli Quliyevanın qanunsuzluqları, məktəbin şəxsi heyəti ilə yola getməməsi ilə bağlı çoxsaylı məlumatlar yer alıb.

AFN-in elektron poçtuna məktub yazan və özlərini həmin məktəbdə təhsil alan şagirdlərin valideyni kimi qələmə verən bir qrup şəxs bizi baş verənləri işıqlandırmamaqda ittiham edir. “Hər zaman saytınızda “yolunu azmış” məmurlarla bağlı tənqidi yazılar oxuyuruq. Lakin çox təəssüf edirik ki, “Əsli Sultan”ın əməlləri haqda sizin saytınızda heç bir məlumat getməyib” deyən oxucularımız bizə mediada mövzu ilə bağlı işıqlandırılan bəzi məqalələrin linklərini də atıblar. Həmin yazılarda bildirilir ki, 248 saylı orta məktəbi Əsli Quliyeva “Super Market”ə çevirib. Qeyd edilirdi ki, məktəb direktoru 248 saylı məktəbin hesabına özünə 1 milyonluq villa alıb: “Əsli Quliyevaya məxsus Mehdiabad qəsəbəsindəki 2 mərtəbəli evin qiyməti 1 milyon manat yox, təxminən 400-500 min manat olar. Bu ev 2003-cü ildən tikilib. Lakin həmin evin içi 2010-cu ildə başdan-ayağa təmir olunub. Bu həmin 2010-cu ildir ki, Əsli Quliyeva artıq 248 saylı orta məktəbin direktoru idi və burada özünün korrupsiya əməllərinə yaxşıca başlamışdı”

Məlumatlarda dərc olunub ki, orta məktəb direktorunun təsərüffat işləri üzrə işlərini həyat yoldaşı Mübariz Quliyev həyata keçirir: “Bu məlumat tamamilə düzdür. Bu, həmin Mübariz Quliyevdir səhərdən axşama kimi 248 saylı orta məktəbin həyətində dayanaraq məktəb rəhbərliyinə məlumatlar hazırlayır”.
Yazılarda 248 saylı orta məktəblə bağlı durum da təsvir olunur. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, məktəbin 11 c, 11 y və 10 d sinifləri demək olar ki, boşdur: “Bu siniflərdə gün ərzində ümumilikdə 4-5 şagird olur. 11 c sinif ümumiyyətlə yoxdur, yəni adı var özü yoxdur. Məktəbə yoxlama gələndə başqa siniflərin şagirdlərini 11 c, 11 y və 10 d sinifərinə gətirərək saxtakarlıq edirlər. 11 c, 11 y və 10 d siniflərinin şagirdləri aylığa buraxılıb. Həmin şagirdlərdən Əsli Quliyeva ildə 1000 -1500 manat arası hesab alır. 248 saylı orta məktəbdə 50 sinif və 120-yə yaxın müəllim heyəti var. Əsli Quliyeva təkcə 2015-ci ildə məktəbə 5 nəfər xanımı laborant adı ilə işə düzəldib. Həmin xanımlar indi də elə bilirlər ki, onlar laborantdırlar. Ancaq işə qəbul olunanların adları texniki işçi kimi qeydiyyatdan keçib. Əsli Quliyeva hər bir işə qəbul olunan xanımdan 5 min manat rüşvət alıb. Orta məktəbin sinif otaqlarında müəllimlər üçün demək olar ki, kreslolar yoxdur. Dövlət hər bir sinifə kreslo verməsinə baxmayaraq, onlar Əsli Quliyevanın evindədirlər”.

Daha bir ilginc fakt isə hər il 83 saylı orta məktəbdən 20-25 arası şagirdin 248 saylı orta məkətbə “perevodu”dur. Bu “perevod”un əsas səbəbkarı isə Əsli Quliyevadır. Çünki 83 saylı orta məktəbdən perevod olunanlar 248 saylı məktəbdə rahat şəkildə aylığa çıxa bilirlər. Bununla bağlı cumhuriyyet.az-a bildirilir ki, məktəbə “perevod” olunanlar hazırda direktor tərəfindən aylığa buraxılaraq hazırlıq kurslarına gedirlər: “Hazırda 248 saylı məktəbdə sinif otaqlarının bir neçəsi yoxa çıxıb. Ən maraqlı məqamlardan biri isə bəzi dərsləri 248 saylı orta məktəbdə adı olmayan müəllimlərin keçməsidir.Yəni Əsli Quliyeva burada bəzi müəllimləri də aylığa buraxıb. Onların yerinə isə başqaları dərs keçir. Digər maraqlı fakt isə direktorun məktəbdən evinə 50-dən çox stul aparmasıdır. Hələ məktəbin idman meydançasında quraşdırılmalı olan turnik də Mehdiabaddakı villaya aparılıb. Dövlət tərəfindən verilən bu turniklərin qiyməti 1500-2000 min manat arasıdır. Bakı şəhərində saxta attestat almaq istəyənlərin əksəriyyəti hazırda Əsli Quliyevanı axtarırlar.Çünki bu 248 saylı məktəbdə gecə məktəbi fəaliyyət götərir ki, onun da adı var özü yoxdur. Amma bu gecə məktəbi hər il Əsli Quliyevaya külli miqdarda qazanc gətirir. Məktəb direktoru attestatı 1000-1500 manata satır. Demək olar ki, ildə ən azı 30-40 nəfər Əsli xanımın bu attestatlarından “bəhrələnir”.
Hazırda məktəbdə qapıçı olmadığı üçün qapının qarolunu müəllimlər növbə ilə çəkirlər. Amma məktəb jurnalında qapıçının adı-soyadı var və həmin şəxsin “saxta” qarovulçu əmək haqqını Əsli Quliyeva alır.

Bütün qeyd edilənlərlə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.