backend

Misir Mərdanov Mikayıl Cabbarova cavab verdi: "Mənim gördüyüm işi Allah bilir"

Misir Mərdanov Mikayıl Cabbarova cavab verdi: "Mənim gördüyüm işi Allah bilir"














Xəbər verdiyimiz kimi, bu gün təhsil naziri Mikayıl Cabbarov keçmiş həmkarı Misir Mərdanovun fəaliyyətini tənqid edib.

O, deyib ki, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb.

Məsələ ilə bağlı unikal.org-un əməkdaşı 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib.

O, bu barədə danışmaq istəmədiyini deyib: "Xahiş edirəm bu barədə mənə sual verməyin. Bu barədə də mən danışmayım. Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər. Gördüyüm işlərə qiymət vermək məsələsinə mən qarışmıram”.