backend

İrəvan təşvişdə: Lapşinin ekstradisiyası şok yaratdı

İrəvan təşvişdə: Lapşinin ekstradisiyası şok yaratdı















Bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına etiraz olaraq Yerevanda Belarus səfirliyi qarşısında aksiya keçirilir.

Trend-in "Aysor” saytına istinadən verdiyi məlumata görə, etiraz aksiyasında deputatlar da çıxış edir.

Deputatlardan biri Nikol Paşinyan "qısa müddət ərzində Ermənistanı tərk etmək” tələbi yer alan bəyanatı Belarus səfirinə verməyə cəhd edib.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.