backend

Elman Rüstəmov nazirləri “qandalladı”

Elman Rüstəmov nazirləri “qandalladı”
















Ölkədən kimlər dollar çıxara bilməz? - Özəl siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib

Fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər.

Qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.

Dəyişikliyini sadə vətəndaşlara təsiri olmayacaq. Əhalidə bu qədər kapitalın olması da inandırıcı deyil. Məqsəd oliqarxiyanı və məmur təbəqəsini iqtisadi cəhətdən qandallamaqdır. Nəticədə ölkənin valyuta bazarına ciddi şəkildə nəzarət etmək mümkün olacaq.

Hökumət maliyyə sabitliyini bərqərar etmək üçün mümkün mexanizmləri işə salıb. Eyni zamanda beynəlxalq təcrübə də tətbiq olunur. Azərbaycandan dollar çıxarılmasına qoyulan bu məhdudiyyət də məhz maliyyə sabitliyinin yaranmasına hesablanıb.

Hakimiyyət düşərgəsində milyonçuya çevrilmiş nazirlər və komitə sədrləri, deputatlar var. Onların gizli şəkildə xaricə pul çıxardığı haqda deputat Vahid Əhmədov və Yevda Abramov da açıqlama verib. Bundan sonra iqtidar hərəkətlənib və məmurların ölkədə pul çıxarması yasaqlanıb.

Politika.Az xəbər verir ki, əksər nazirlərin xaricdə bank hesabları, offşor zonalarda yatırımları var. İri ticarət mərkəzləri, bəzi məmurlar qeyri-rəsmi yollarla ölkədən pul çıxarır ki, bu da maliyyə böhranının daha da kritikləşməsinə səbəb olur.

Bildirilir ki, bəzi banklar da bu prosesdə iştirak edir. Məlumata görə, əməliyyat həmin banklardan da yan keçməyəcək.

Ofşor hesablar qalmaqalı məmurları çətin vəziyyətdə qoyub, onlar bankda saxladıqları pulların məbləğini yazılı təqdim etməlidirlər.

Son günlər ölkənin gündəminə «bomba» kimi düşən offşor hesablar məsələsi məmurların gününü qara edib. Hakimiyyət məmurların xaricdəki bank hesablarını dondurmağa hazırlaşır.

Təşviş içində olan oliqarx-nazirlərin bir çoxu mal-mülkünü xaricə köçürüb. Ölkədə qalan biznes isə təhlükədədir.