backend

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib





“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

7 fevral 2017-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial- mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini rayonun sosial-iqtisadi inkişafını əks etdirən slayd-şounun nümayişi ilə diqqətə çatdırıb.

Hesabat dövrü ərzində Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda və orijinal layihə əsasında inşa edilmiş 4 ədəd yaşayış binasının, həmçinin Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.

Rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təşəbbüs və təkliflərini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanıldığını deyən icra başçısı, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığını və artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası ilə bağlı işlərin davam etdirildiyini bildirib.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının lahiyələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verildiyi, sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlərin artıq müəyyənləşdirildiyi, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işlərinin artıq başa çatdırıldığı və tikinti işlərinə başlanıldığı, digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakınlərin köçürülməsi işlərinin davam etdirildiyini vurğulayan natiq, bu layihələrin iş adamları tərəfindən həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlərin əvvəlki mənzillərinin sahəsindən 20-30% artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacağını, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə

kirayə haqqının ödəniləcəyini və hazırda digər ünvanlarda da həmin işlərin davam etdirilməsi məqsədilə tikinti şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq görüşlərin keçirildiyi əlavə edib.

Həmçinin qeyd olunub ki, dövlətimizin başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti üzrə müvafiq fərmanlarına uyğun olaraq, habelə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyası Həştərxan vilayətinin Hökuməti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli məktəbin qarşısında çoxfunksiyalı Azərbaycan Mədəni-Ticarət Mərkəzinin inşa olunması panlaşdırılır. Hazırda həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılan bu layihənin reallaşması respublikamızda istehsal olunan məhsulların Həştərxanda sərgisinin və satışının təşkili üçün geniş imkanlar açacaqdır.

Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 5273-ü daimi olmaqla 6068 iş yerinin yaradıldığı qeyd edilərək, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi bildirilib.

Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2405 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 27 səyyar görüş və qəbullar zamanı edilən 259 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 650 müraciətdən 490-nın tam həll olunaraq, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, Rayon Prokuroru Vüqar Əliyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və İş adamı “Pilot inşaat” MMC-nin təsisçisi Rövşən Ağayev olkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, əhalinin rihah halının yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin yüksək sosial-iqtisadi inkişafa nail olduğunu, dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri dilə gətirərək, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyacağına və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2016-cı ildə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.


“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib