backend

Çay evi qumarxana çıxdı - DİN-in əməliyyatı+Foto

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən çay evlərindən birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən obyektdə qumar oyunları təşkil edən Bakı şəhər sakini Əfsun Əhmədli, Xaçmaz rayon sakinləri – Çingiz Balakişiyev, onun qardaşı Balaqardaş, Fərid Şeydayev və Şəhriyar Vələdov saxlanılıblar.

Həmçinin həmin obyektdə qumar oynayan daha 4 vətəndaş müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarına qoyulan pul vəsaiti, uduşlu kuponlar, “poker” oyun kartları, lotoreyada istifadə olunan avadanlıq, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Göstərilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Çay evi qumarxana çıxdı DİN-in əməliyyatı+Foto