backend

Vitse-prezidentin kimliyi bəlli oldu - (Açıqlama)

Vitse-prezidentin kimliyi bəlli oldu -  (Açıqlama)













Vitse-prezidentlərin təyinatı məsələsi yenidən gündəmə gəlib

Qaynarxett.az xəbər verir ki, bu barədə unikal.org-a məlumat daxil olub. Məlumatlı şəxs birinci vitse-prezidentin kimliyi ilə bağlı müzakirələrin getdiyini desə də, ikinci vitse-prezidentin adının məlum olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Bütöv Azərbaycan Xalq Cəbəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin adı üzərində müzakirə aparılır. Müshibimiz onu da deyib ki, Q.Həsənquliyevin həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyət tərəfindən müsbət qarşılanan siyasi fiqur olması onun ikinci vitse-prezident təyin edilməsinə zəmin yaradıb.

Məsələylə bağlı fikirlərini unikal.org-la bölüşən millət vəkili Fazil Mustafa deyib ki, vitse-prezident təyinatı prezidentin səlahiyyətinə olan məsələdir. Onun sözlərinə görə, kifayət qədər talantlı şəxslərin bu vəzifəyə təyin olunacağı ilə bağlı məlumatlar verilməkdədir. "Qüdrət Həsənquliyev vitse-prezident olarsa, müsbət işlər görə bilər. O, Azərbaycanda kifayət qədər təcrübəli millət vəkili və həm də hüquqşunasdır. Azərbaycanda kifayət qədər sözü, üslubu və mərdliyi ilə tanınan insanlardan biridir. Ona görə də məncə, burada bir problem ola bilməz”, - deyə millət vəkili bildirib.