backend

Nuriyyə Əhmədovadan xəbər var

Nuriyyə Əhmədovadan xəbər var




















Bu ilin aprel ayında 11 saylı marşrutda sürücünün səhlənkarlığı üzündən avtobusun içində yıxılaraq belindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın səhhətində yaxşılaşma var.

Xalq artisti artıq köməksiz özü sərbəst şəkildə hərəkət edə bilir. İki aya yaxın 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan aktrisanın bütün müalicə xərcləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən ödənilib.

N.Əhmədova sərbəst şəkildə gəzə bilməyinə görə şükür edir:

“Allaha şükürlər olsun ki, özüm gəzə, sərbəst hərəkət edə bilirəm. Ətrafımda olan insanlara artıq yük olmuram. Ancaq qan təzyiqim mənə çox hərəkət etməyə imkan vermir. Xəstəxanaya düşməmişdən də təzyiqim güclü idi. Çox hərəkət edə bilmirəm”.
(ANS TV "Salam Azərbaycan" )