backend

QADIN ZİYALI ÜSYAN ETDİ: "Ölkə bir qrup quldurun, oliqarxın əlində alver obyektinə çevrilib"- ŞOK FAKTLAR

QADIN ZİYALI ÜSYAN ETDİ: "Ölkə bir qrup quldurun, oliqarxın əlində alver obyektinə çevrilib"-  ŞOK FAKTLAR
Şamaxı və Hacıqabul rayon icra orqanları vətəndaşlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edirlər. Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı facebook səhifəsində icarədarlara istinadən məlumat yayıb. Həmin yazını təqdim edirik:

“Dostlar, Şamaxi və Haciqabul rayonları ərazisində 50 min hektara yaxin qış otlaq sahələri təyinatı dəyişdirilmək adi ilə hər iki rayonun hakimiyyət strukturları tərəfindən ələ keçirilmək təhlükəsi ilə üzləşib. Söhbət həmin ərazidə 300-ə yaxin sahibkar və 500-dən çox ailəyə məxsus, təxminən 200 min baş xirdabuynuzlu və 10 min baş iribuynuzlu heyvanlardan ibarət 300 heyvandarlıq təsərrüfatının taleyindən gedir.

Həm Şamaxı, həm də Hacıqabul rayonlarının icra hakimiyyəti başçıları sahibkarları ayrı-ayrılıqda icra hakimiyyətinə çağıraraq onlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edir və bildirirlər ki, əks təqdirdə həmin ərazilər onlardan məcburi qaydada alınacaq. Özbaşınalıq o həddə çatıb ki, hər bir sahibkarin təxminən 550 min manat dəyərində olan əmlakina 25 min manata qədər pul təklif edirlər. Kənd təsərrüfatının, heyvandarlığın inkişafına bundan böyük zərbə olarmı? Ölkə bir qrup quldurun, oliqarxın əlində alver obyektinə çevrilib. Sahibkarların əmlakı zor gücünə əllərindən alınır, illərlə və min cür əzab-əziyyətlə qurduqları təsərrüfatlar oliqarxların hədəfindədir.

Bu məsələnin daha geniş ictimailəşdirilməsinə hər birimiz yardım edək, diqqəti növbəti məmur qudurğanlığının qurbanına çevrilən 300 sahibkarın hüquqlarının müdafiəsinə cəlb edək.

Sahibkarların dövlət başçısına, digər aidiyyatı dövlət orqanlarına müraciətlərinə indiyə qədər heç bir reaksiya verilməməsi bu göstərişin ən yuxarı səviyyədə verilməsinə şübhələri daha da artırır…”


Qaynarxett.az