backend

Cəbhədə keçirilən məxfi toplantı: ORDU ÜÇ GÜN İÇİNDƏ....

Cəbhədə keçirilən məxfi toplantı: ORDU ÜÇ GÜN İÇİNDƏ....Suriyada Əl-Babın mərkəzini İŞİD-dən alan Türkiyə ordusu və Surtiya Azad Ordusu hazırda şəhərin İŞİD-dən təmizlənməsi işini həyata keçirir.

Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əl-Babla bağlı son əmrini verib.

“Yeni Şafak”ın Əl-Bab cəbhəsindən əldə etdiyi məlumata görə, türk ordusunun komandanlığı İŞİD-ə son və öldürücü zərbənin vurulmasını əmr edib.

Əl-Babdakı türk ordusunun komandirləri və Azad Suriya Ordusunun rəhbərliyi hücum planı ilə bağlı toplantı keçiriblər. Təhlükəsizlik üçün gizli keçirilən toplantıda 3 gün içində İŞİD-in Əl-Babdan təmizlənməsi qərarı verilib.