Diyarbəkirdə kafeyə silahlı hücum - Ölən və yaralanan var12 fev 2017 - 15:271 115 Türkiyənin Diyarbəkir şəhərində kafeyə silahlı hücum olub.Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.İlkin ehtimala əsasən insident qohumlar arasında yaranan münaqişə nəticəsində baş verib.Polis hadisə yerini nəzarətə götürüb. Cinayətkarın tapılması üçün əməliyyata başlanılıb.