backend

Kişilərə böyük zərbə - TƏCİLİ

Kişilərə böyük zərbə - TƏCİLİ










Böhran daha bir sahəni vurdu - Qıtlıq başladı

Azərbaycanda siqaret satan firmalar satışı dayandırıb

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb. Bu barədə lent.az-a siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nəğdsiz satışına keçildikdən sonra firmalar topdansatışı demək olar ki, məhdudlaşdırıb.

"Siqaretin nəğd satışı dayandırıldıqdan sonra hesabıma pul köçürüb, firmalardan siqaret istəsəm də, mənə bildirildi ki, siqaret yoxdur, satış dayandırılıb. Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir" — sahibkarlardan biri deyib.

Məlumata görə, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla "qara bazar"dan siqaret alırlar. Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən 3 firma məşğul olur. Bunlar "Kent", "West" və "Winston" şirkətləridir. Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib. ""Qara bazar"da siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır" — deyə sahibkar qeyd edib.


Kişilərə böyük zərbə - TƏCİLİ