backend

İcra başçısının yığıncağına sakinlər buraxılmadı: Aqil Nəzərliyə korrupsiya ittihamı

İcra başçısının yığıncağına sakinlər buraxılmadı: Aqil Nəzərliyə korrupsiya ittihamı


















Laçın sakini Xudayarov Baxşeyiş Salyan oğlu prezident İlham Əliyevə müraciət edib

Politika.Az-a göndərdiyi məktubda rayon sakini Ağcabədinin Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşdığını və ikinci qrup əlil olduğunu qeyd edib.

Müraciəti təqdim edirik: “Cənab Prezident siz hər dəfə çıxışlarnızda xalqa dəstəyinizin bariz nümunəsi olaraq məmurlara tapşırıq verirsiniz ki, vətəndaşlarla birbaşa təmasda olsunlar, onları qəbul etsinlər.

Lakın bəzi məmurlar Cənab Prezident Sizi Aldadaraq biz vətəndaşlara laqeyid yanaşaraq özləri qəbul qrafikinə uyğun olaraq qəbula gəlimirlər. İşcilərin qəbula göndərirlər

Cənab Prezident Hər ay Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin Qəbul günü (Prezident Administrasiyasında vətəndaşların qəbulu cədvəlində təyin olmuş gün) qəbula Zeynal müəllim özü gəlmir.

Qəbulu şöbənin məsləhətçiləri aparır. Cənab prezident bir neçə dəfə Zeynal müəllimin qəbulunda olmuşam. Qəbula Zeynal müəllim gəlmir (11.10.2016, 14.11.2016, 02.13.2017 və s. tarixlərində qəbulda olmuşam).

Cənab Prezident Laçın rayonunda korrupsiya, rüşvət xorluq, məmur özbaşınalığı və qohumbazlıq dözülməz həddə çatıb. Aqil Nəzərli rayona başçı təyin olunduğu gündən rayonda İdarəçilik sıfır səviyyəsinə düşüb.

A.Nəzərli dövlət tərəfindən məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan vəsaitlər hesabına şəxsi biznesinə investisiya yatırır. A.Nəzərli 10 fevral 2017-ci il tarixdə Laçın rayon idarə və müəssə rəhbərlərin, kənd icra nümayəndələrin və məktəb direktorlarını yığaraq Ağcabədi rayonu ərazisindəki Taxta-körpü qəsəbəsində 2016-cı ildə görülmüş işlərin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında ünvanı olmayan işlərin görüldüyündən danışıb. Hesabat yığıncağına bir nəfərdə olsun sıravi vətəndaş buraxılmayıb.

A.Nəzərli 11 aydır rayona rəhbərlik edir, bu 11 ay ərzində heç bir abadlıq və quruculuq işləri görülməyib. A.Nəzərli Əhalinin problemləri ilə maraqlanmaq,həll etməklə deyil Kadır alveri ilə məşğul olur.

A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarır. İxtisasından, diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından aslı olmayaraq pulu olan istənilən şəx pulun verib vəzifə ala bilər adi dövlət qulluqçsundan tutmuş, idarə və müəssə rəhbərliyinə İcra Başcısının müavin postuna kimi istənilən vəzifə hərac yolu ilə tutulur açıq bazar mühütudu.

Məsələn: Nicat Həsənov A.Nəzərliyə yüksək məbləğdə rüşvət verərək rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Nicat Həsənov ixtisasca iqtisadçıdır və bundan əvvəl kağız üzərində faliyyət göstərən Uşaq Gənclər İdaman məktəbinin rəhbəri vəzifəsini tutub yəni heç bir pedoqoji faliyyəti olmayıb.
Əgər A.Nəzərli Rüşvət almayıbsa Laçın rayonuda 120-dən çox ümumtəhsil məktəb direktoru var bunlar içərisində potensialı olan bir nəfər tapılmadı ki ??? təhsil şöbəsinin müdri vəzifəsinə təyin olunsun Nicat Həsənovun təhsildən xəbəri yoxdu.

Bir çox hallarda da hazırkı idarə və müəssə rəhbərləri və icra başcısının müavinləri tutuqları vəzif ilə vidalaşacağını qabaqcadan başa düşüb A.Nəzərlinin tələb etyi məbləği verməyə məcbur olublar.

Məsələn: belə bir Taktiqadan ikinci dəfə istifadə edib Vəzifədə qalmağı bacaran İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Eldəniz Qasımov 2012-ci ildə Laçın rayon İcra Hakimiyyətinin tabeliyinde formalaşmış xeyiriyyə fondundan küllü miqdarda vəsaiti yaxın qohumlarının adına yazıb mənimsədiyinə və dövlət sirin yaydığına görə Rayonun sabiq İcra Başçısı R.Cəbrayılıov tərəfindən vəzifədən qovulmuşdur.

Lakin R.Cəbrayılıov işdən çıxarıldıqdan sonra E.Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən İcra Hakimiyyətinə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri təyin edilmişdi.

Cənab Prezident Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirsədə.

Bu Laçın rayonunda mümkün deyil çünki A.Nəzərli rayonu Şah Qanunları ilə ilə idarə edir özünü Şah hesab edir Vəzir, Vəkil və cəlladları vasitəsi ilə məni və ailə üzvlərimi hədələyir.

Cənab Prezident mənə və ailə üzvlərimə hər an hər şey ola bilər Aqil Nəzərlinin ştatdan kənar işciləri var. Sizdən acizanə xahiş edirəm aidiyyatı orqanlara göstəriş verəsiz təhlükəsizliyimiz təmin olunsun”.