backend

Şad xəbər!!! - Nəhayət ki oldu

Şad xəbər!!! - Nəhayət ki oldu













Məcburi köçkünlərə verilən aylıq müavinətlərin məbləği qaldırıldı

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılan vahid aylıq müavinətlər 20 manat qaldırılıb

Bunu açıqlamasında millət vəkili Vahid Əhmədov “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanı şərh edərkən deyib. Onun sözlərinə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər həmişə diqqət mərkəzindədir:

“Elə yerlər var ki, orada sayğaç quraşdırmaq qeyri-mümkündür. Bəzi yerlərdə isə sayğaclarla bağlı müəyyən problemlər var. Ona görə də Prezident belə şəxslərin kommunal xidmətlərinin ödənilməsi üçün onların müavinətlərini 36 manatdan 56 manata qaldırıb.”

Vahid Əliyev qeyd edib ki, məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinət “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansına köçürüləcək. (aznews.az)


Şad xəbər!!! - Nəhayət ki oldu