backend

TƏCİLİ! Polkovnik: SARKİSYAN MƏHV EDİLƏCƏK...- Şok!!!

TƏCİLİ! Polkovnik: SARKİSYAN MƏHV EDİLƏCƏK...- Şok!!!

Ermənistanın Müdafiə naziri Vigen Sərkisyanın Azərbaycan ilə həmsərhəd olan bölgələrə “təftiş” məqsədli səfəri həm yerli əhali, həm də hərbçilər arasında yalnız qıcıq və ikrah hissi doğurub.

Axar.az xəbər verir ki, bunu V.Sərkisyanın səfərini şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənov AzərTac-a açıqlamasında bildirib.

Ə.Həsənov qeyd edib ki, Qarabağ savaşını, ümumiyyətlə müharibə və ordu həyatını foto və videolentlərdən izləyən, kitab, qəzet və internetdən oxuyan, “müharibə”də iştirakı yalnız kompüter oyunları ilə məhdudlaşan gənc nazirin Ermənistan ordusunda nüfuzu döşəmə haşiyəsi səviyyəsindən də aşağıdır.

“Peşəkar hərbçi olmayan, ümumiyyətlə, hərbi işdən başı çıxmayan, qoşunların idarə olunması və döyüş əməliyyatlarının aparılması haqqında təsəvvürü belə olmayan V.Sərkisyanın silahlı qüvvələrlə bağlılığı onun tərcümeyi-halında yalnız bir sətirlə ifadə olunub. O, 2000-2003-cü illərdə müdafiə nazirinin referenti vəzifəsində xidmət edib. Bununla belə, V.Sərkisyanın Ermənistanda baş verən irili-xırdalı əksər korrupsiya qalmaqallarında, digər mənfi hallarda adı hallandırılan Serj Sərkisyan administrasiyası ilə birbaşa bağlılığı var. Məhz bu, onun belə bir strateji posta təyin olunmasına təkan verən amildir.

Hərbi hissələrə səfərləri zamanı hərbçilər qarşısında şəxsi təkəbbürü və ambisiyaları xətrinə səsləndirdiyi bəsit, hərb işindən uzaq, qeyri-peşəkar fikirlər Ermənistan ordusunda hazırda xidmət edən və Seyran Ohanyana sadiq “köhnə qvardiya”nın və Qarabağ müharibəsi iştirakçılarının ciddi, eyni zamanda, hələlik üstüörtülü etirazları ilə qarşılanır. Erməni politoloqları və şərhçilərinin də fikrincə, belə davam edərsə, qısa müddətdə V.Sərkisyanın ən pis halda fiziki məhvi, ən yaxşı halda isə vəzifədən uzaqlaşdırılması prosesi qaçılmazdır”, - deyə Ə.Həsənov bildirib.