backend

I sinfə qəbul başlayır

I sinfə qəbul başlayır
Xüsusi istedada malik uşaqların qəbulu bir ay davam edəcək


Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar ərizə qəbulu başlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xəzərxəbər-ə verilən məlumata görə, elektron ərizə qəbulu iyulun 20-dən başlayacaq və avqust ayının 20–dək davam edəcək.

"Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər".

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.