backend

ŞAD XƏBƏR - maaşlar artdı

ŞAD XƏBƏR - maaşlar artdı

Metropolitenin bəzi işçilərinin maaşı 30-50 faiz artırılıb

“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb.



Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.



Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.



O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur