backend

Azərbaycanda siqareti belə bahalaşdırırlar - Şok faktlar

Azərbaycanda siqareti belə bahalaşdırırlar - Şok faktlar







Ölkədə süni siqaret qıtlığı hökm sürür. İlk əvvəllər topdansatış mərkəzləri bunu qiymətlərin bahalaşması üçün etsələr də, indi vəziyyət dəyişib

Daxil olan məlumata görə, süni siqaret qıtlığını monopolistlər bilərəkdən yaradırlar.

Belə ki, market və butiklərdə, əsasən də rayonlarda Rusiya, Dağıstan, Gürcüstan istehsalı olan qismən ucuz siqaretləri aksiz markasız gizlin olaraq satılır.

Bu isə siqaret monopolistlərinin yeni və daha ucuz siqaretləri qismən baha qiymətə bazara salmaq cəhdidir.

Məlumata görə, aylardır bazara yol tapan bu siqaretlərə indi təlabat daha da çoxalıb. Ötən aylarda 1 manata olan bu siqaretlər indi 1 manat 50 qəpik və ya 2 manata satılır.

Məlumatda qeyd olunur ki, bu siqaretlərin satışından daha çox gəlir əldə etmək mümkündür. Heç bir istehsal və vergi ödənişi həyata keçirilmədən ölkəyə gətirilən bu siqaretlərə təlabat günü-gündən çoxalır. Bu gün Bakı şəhərində konkret mağazalar var ki, aksiz markasız və gömrükdən keçməyən bu siqaretləri satışa çıxarır. 28 may metrosu yaxınlığında onlarla belə satış obyekti fəaliyyət göstərir. (mediafax.az)