backend

Yeznə baldızın sevgi dramı

Yeznə baldızın sevgi dramı

...İlkin ehtimala görə, onlar bir-birilərinə aşiq olublar. İntihar da sevgi üstündə olub.


Bu gün səhər saatlarında Saatlı rayonunda sevgi üstündə iki gənc intihar ediblər. Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 05:00-da Məmmədabad kəndində yaşayan iki qohum özünü öldürüb.

Belə ki, 1993-cü il təvəllüdlü M.A. və 1997-ci il təvəllüdlü Ş.A-nın kənddəki meşədə asılmış meyidləri tapılıb. Araşdırmalar zamanı onların intihar etdikləri məlum olub.

Qeyd edək ki, özlərinə qəsd edənlər yeznə-baldızdır. İlkin ehtimala görə, onlar bir-birilərinə aşiq olublar. İntihar da sevgi üstündə olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.