backend

İlham Əliyev Belçika kralını təbrik etdi

İlham Əliyev Belçika kralını təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Kralı Əlahəzrət Filippi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Məlumata görə, təbrik məktubunda deyilir:

"Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".