backend

Kəlbəcərli şair prezident İlham Əliyevə müraciət etdi

Kəlbəcərli şair prezident İlham Əliyevə müraciət etdi

Yurdumun ərən oğlu Ramil Səfərov kimi Dilqəmi qaytar geri...


Kəlbəcərli şair Səxavət Kəlbəcərli Moderator.az-a aşağıdakı məzmunda bir yazı göndərib və oxuculara təqdim etməyimizi xahiş edib:

Dilqəm Əsgərovun Kəlbəcərdə ermənilər tərəfindən tutulması mənə çox pis təsir etdi, bəlkə də həyatımda bu qədər sarsılmamışdım. Düşünürəm ki, belə oğullar bizlərə hələ çox lazımdı.
Səbirsizliklə gözləyirik ki, Cənab Prezident İlham Əliyev Dilqəmi və onunla birgə tutulan həmyerlilərimizi Vətənə qaytaracaq. Mən də bir şeirimlə Möhtərəm Prezidentə müracət edirəm...

Mərd oğullar tutulur, biz oluruq yox kimi
Belə xəbər sancılır sinəmizə ox kimi.
Yurdumun ərən oğlu Ramil Səfərov kimi-
Dilqəmi qaytar geri.

Neçə gündü elə bil, köksümüzü dərd yarıb
Çırpınan ürəkləri sinəmizdən qoparıb.
Durmadan dönə-dönə danışıqlar aparıb-
Dilqəmi qaytar geri.

Aslan kimi tələyə yurdunu gəzir, düşür
Bəxtimizə hələ də açılmayan sirr düşür.
İşə bax, Vətənində vətəndaş əsir düşür-
Dilqəmi qaytar geri.

Bir anlıq səmalarda şahin kimi süzək biz,
Yağıların varlığın çiynəyək biz, didək biz.
Bəlkə bir əmr eylə, Qarabağa gedək biz-
Ya da qısa zamanda Dilqəmi qaytar geri.

19.07. 2014. SƏXAVƏT