backend

Bu universitetə rektor əvəzi təyin edildi - Nazirdən əmr

Bu universitetə rektor əvəzi təyin edildi - Nazirdən əmr












Təhsil naziri Mikayıl Cabbarov Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektor əvəzi təyin olunması ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Havar Məmmədov təhsil nazirinin müvafiq əmri ilə ali məktəbin rektor əvəzi vəzifəsini icra edir.

Qeyd edək ki, Havar Məmmədov fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub.

Bundan əvvəl Bakı Mühəndislik Universitetinə rektor əvəzi vəzifəsinin icrası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlova tapşırılmışdı.