backend

TƏCİLİ: Mehriban Əliyeva monopoliyaya qarşı - İNQİLABİ DƏYİŞİKLİKLƏR BAŞLADI

TƏCİLİ: Mehriban Əliyeva monopoliyaya qarşı - İNQİLABİ DƏYİŞİKLİKLƏR BAŞLADIBirinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi iqtisadi sferada inqilabı dəyişiklərlə müşayiət olunacaq

Bu barədə Politika.Az-a verilən məlumata görə, M.Əliyevanın bu posta təyin olunması iqtisadi blokda olan bəzi nazirləri və brokerləri, inhisarçıları həyəcanlandırıb.

Hakimiyyətin yeni idarəçilik strategiyasında monopoliyaya yer yoxdur və prezident qəti şəkildə inhisarçılıq siyasətinə nifrət edir.

Dövlət başçısı iqtisadi böhrana qarşı imzaladığı fərmanlar və sonuncu gömrüklə bağlı sərəncam da məhz inhisarın qarşısını almağa hesablanıb. Bu situasiyada M.Əliyevanın yeni vəzifəsi məhz monopoliyaya qarşı daha güclü şəkildə səfərbər olmağa imkan yaradır.

Azərbaycanda müşahidə edilən iqtisadi problemlər və prezident İlham Əliyevin onların aradan qaldırılması məqsədilə apardığı miqyaslı islahatlar fonunda vitse-prezidentlik institutuna kəskin zərurət yaranmışdı.

Bununla birlikdə, islahatların həyata keçirilməsində Nazirlər Kabinetinin funksiyaları və rolu çoxlu suallar yaradırdı.

Əgər prezident bu və ya digər islahatın həyata keçirilməsinə görə bütün siyasi məsuliyyəti öz üzərinə götürürsə, digər icra orqanları burada ya passiv rol oynayırlar, yaxud da fəal müşahidəçiyə çevrilirlər.

M.Əliyeva gömrükdə olan monopoliya halları, idxal məhsulları ilə bağlı yaranan problemləri aradan qaldırmaq iqtidarındadır.

Bu baxımdan, vitse-prezidentlik institutu prezidentin bu və ya digər göstərişlərinin həyata keçirilməsinə nəzarəti gücləndirə, bürokratik əngəlləri aradan qaldıra və proseslərin qat-qat sürətlənməsinə səbəb ola bilər.

Vitse-prezidentlik institutu o qədər çevik orqandır ki, hakimiyyətin digər şaxələrinin, o cümlədən Nazirlər Kabinetinin statusuna xələl gətirmədən öz funksiyalarını həyata keçirir.

Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqi və birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi iqtisadi islahatları sürətləndirəcək.

Azərbaycan iqtisadiyyatının qarşılaşdığı çətinliklər sürətlə və cəsarətli qərarlar qəbul edərək, bunun bütün məsuliyyətini öz üzərinə götürə bilən icra orqanının mövcudluğunu zəruri edir.


Böyük iş təcrübəsini və şəxsi peşəkar keyfiyyətlərini nəzərə alaraq, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası şübhə doğurmur.

Qaynarxett.az