backend

Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

İH-dən Qaynarxett.az -a daxil olan xəbərə görə, anım mərasimində “Odlar Yurdu” Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən “Sonuncu ölən ümidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən icra başçısı Abdin Fərzəliyev və Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd ediblər.
Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığı qeyd edilib.

Qaynarxett.az