backend

Aqil Nəzərlinin yaxın qohumu: SÜRÜCÜlükdən "JEK" MÜDÜRÜ olan Əlzamin Abbasov özünə bu qədər sərvəti necə toplayıb

Aqil Nəzərlinin yaxın qohumu: SÜRÜCÜlükdən "JEK" MÜDÜRÜ olan Əlzamin Abbasov özünə bu qədər sərvəti necə toplayıb

Bəzi idarə və müəssisələrdə dövlətin vəsaitinin sovrulduğu, müəyyən adlar altında mənimsənildiyi hamıya aydındır. Bu hal xüsusən də əyalət rayonlarında açıq-aşkar formada aparılır.

Bu cür rayonlardan biri də Laçın rayonudur.

Qaynarxett.az mediyaya istinadən xəbər verir ki, respublika Prezidenti İlham Əliyev cənablarının xüsusi diqqətində olan Laçın rayonunda çox təəssüflər olsun ki, bəzi məmurlar hələ də məsuliyyətlərini dərk etmək iqtidarında deyillər. Bu cür məmurlardan biri də Laçın rayonun 552 saylı MİS-nin müdiri Əlzamin Abbasovdur. Məlumata görə, Əlzamin Abbasovun müəyyən maxinasiyalar edərək özünə böyük sərvət toplaması azmış kimi indi də dövlətə aid texnikanı- "MAZ" markalı yük maşınını şəxsi təsərrüfatında işlədir.

Mənbə vurğulayır ki, Əlizamin Abbasov sərvət toplamaqdan əlavə digər "kəşf"lərlə də məşğuldur. Belə ki, qəsəbədə zibil qutularının yerində quyu qazdıran müdir bununla həm də antisanitariya vəziyyəti yaratmış olur. Vurğulanır ki, Əlzamin Abbasov kimi bir sıra məmurlar Laçın RİH-nin başçısı hörmətli Aqil Nəzərlinin etimadından sui-istifadə edirlər. Qəsəbələrə səfər edərkən RİH-nin başçısının gedəcəyi küçələr əvvəlcədən təmizlənir, küçələrin kənarına yeni rənglənmiş zibil qutuları qoyulur.

Oxucumuz sual edir: “Görəsən necə oldu ki, Laçın işğal olunmamışdan əvvəl sürücü işləyən Abbasov Əlizamin ali təhsilli kadra çevrildi?” Və daha sonra qeyd edir: “Bu “kadr” elə “mütəxəssisdir” ki, “JEK” müdiri işləyir. Özü də Laçın rayonu 552-lər qəsəbəsində ev alveri ilə məşğuldur. Bir evi sənədləşdirmək üçün 1000 manat rüşvət alır. Heç bir məmur və ya vətəndaşın dövlət tərəfindən verilən evi satmağa ixtiyarı yoxdur. Amma Ə.Abbasov hətta öz evini belə satıb. O, qəsəbədə yolların təmirinə ayrılan pulları təyinatı üzrə xərcləməyərək Sumqayıt şəhərində və Ağcabədi rayonunda özünə şəxsi villalar tikməyə sərf edib. Ə.Abbasov hətta “JEK”-in xidməti maşınlarını öz şəxsi işlərinə işlədir, dövlət hesablı yanacağı özünün fermalarında sərf edir”.

Şikayətçi sonda qeyd edir ki, Ə.Abbasov Laçın rayon icra başçısı Aqil Nəzərlinin yaxın qohumudur.

Qarşı tərəf də münasibət bildirə bilər.