backend

TƏCİLİ: İkinci APREL ŞOKU, iki gün VAXT QALDI...

TƏCİLİ: İkinci APREL ŞOKU, iki gün VAXT QALDI...
Şəhid hərbçilərimizin nəşi döyüş meydanından götürülüb. Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir. Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür. Türkiyə ABŞ-a Rakka əməliyyatı üzrə plan təqdim edib. Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib. Bu haqda Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir. Ermənistan ictimaiyyəti ikinci “aprel şokunu” yaşamaq istəmir və buna görə də Sarkisyan hakimiyyətini ittiham edir.

Erməni siyasətçilər isə baş verənlərin Ermənistanın xeyrinə olmadığı düşüncəsindədirlər. Xüsusilə, onlar Qarabağda üçüncü müharibənin başlaya biləcəyi və bunun Ermənistana təsirlərindən narahatdırlar.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artünyan bildirib ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidirlər: “Biz müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itkilərimiz və ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq”.

“İtkilərimiz böyük olacaq” – Ermənilər Qarabağı tərk edir – İKİNCİ APREL QORXUSU
Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir.
“Qarabağda aprel müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da gücləndirib. Lakin bununla yanaşı, ötən il bağlanan müqavilə ilə Azərbaycanda türk hərbi bazalarının yaradılması həyata keçirilir. Hansı ki, Bakı və Ankaranın planlarında bir sıra məsələlərlə yanaşı, Ermənistanı küncə sıxışdırmaq da var”. Bu barədə I Qarabağ müharibəsində azərbaycanlılara qarşı vuruşmuş erməni general-mayor Levon Stepanyan deyib.

L.Stepanyan Türkiyə Azərbaycanı tam şəkildə dəstəklədiyini və bunun Ermənistana qorxulu gələcək vəd etdiyini deyib. Erməni general-mayor Türkiyə-Azərbaycan ittifaqına qarşı Rusiya-Ermənistan ittifaqını önə sürür və qeyd edir ki, Ermənistan yalnız bu cür xilas ola bilər.

“Ermənistanın xilası və təhlükəsizliyi Rusiya ilə yaradılmış birgə hərbi birləşmədir”, - deyə o bildirib.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.
O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil. “Münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”
.

Türkiyə ilə ABŞ arasında Rakka əməliyyatı barədə müzakirələr ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Maykl Pompeonun Türkiyəyə səfərləri ilə daha da güclənib. Yüksək rütbəli təhlükəsizlik mənbələrindən əldə edilən məlumatlara görə, Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra Türkiyənin Suriya ilə bağlı yol xəritəsi ABŞ-a təqdim olunub.


Rusiya Suriya üzrə Cenevrə danışıqlarında kürdlərin iştirakının dəstəkləyir. Bu haqda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
Onun sözlərinə görə, Moskva həmçinin ümid edir ki, Suriya müxalifəti danışıqlarda vahid nümayəndə heyətini yaradacaq. Daha əvvəl Suriya müxalifəti hakimiyyətlə birbaşa danışıqların aparılmasını tələb edib.
Qeyd edək ki, bir illik pauzadan sonra fevralın 23-də Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu başlanıb.
Ankara Rusiyadan fərqli olaraq danışıqlarda Suriya kürdlərinin təmsilçilərindən olan PYD-nin iştirakını istəmir. Ankaraya görə, PYD PKK terror təşkilatının Suriya qoludur.
Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür.
Yunanıstanın müdafiə naziri Panos Kammenos Ankaranı və Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akarı təhdid edib.
“Yunan adasına çıxa bilməzlər. Yunan adasına ayaq basanlar geri dönəcəklərmi?” - deyə yunan nazir bildirib.
Panos Kammenos bununla da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Baş qərargah başçısı Kardaka çıxmaq istəsəydi, çıxardı” açıqlamasına cavab verib.



Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalından keçən dəmiryol relslərində partlayış baş verib. Partlayışa səbəb relslərə qoyulan əl istehsalı bomba olub. Təxminən 10 vaqon relsdən çıxıb.
Polis partlayış nöqtəsindən təxminən 50 metr məsafədə partlayıcı yerləşdirmək üçün qazıldığı təxmin edilən bir çuxur tapıb. Hadisə nəticəsində ölən və ya yaralılar olmayıb.
Rusiya Yaxın Şərq silah bazarını ələ keçirmək üçün önəmli bir addım atıb. Rusiyanın ən güclü tanklarından biri Yaxın Şərqə yola düşür.
Rusiya Yaxın Şərqdə müasir döyüş tankı olan T-90MS üçün alıcı tapıb. Müqavilə imzalansa da, Moskva tankın alıcısının məhz hansı ölkə olduğunu açıqlamayıb.
“2016-cı ilin dekabr ayında Yaxın Şərq ölkələrindən biri ilə böyük müqavilə imzalanıb. Yaxın vaxtlarda hərbi məhsulun bu növünün satışı ilə bağlı daha bir müqavilənin imzalanması nəzərdə tutulur”, - sənaye və ticarət naziri Denis Manturov informasiya agentliyinə bildirib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.
Qətldə şübhəli bilinən 25 yaşlı Siti Aysia dindirilmə zamanı iddia edib ki, qətldə iştirak etdiyindən xəbərsiz olub. İndoneziyalı qadının sözlərinə görə, Koreya və Yaponiya görünüşlü insanlar ona realiti-şouda iştirak etməyi təklif ediblər və bunun üçün 90 dollar veriblər. Siti Aysia guya hesab edirdi ki, onun əllərindəki nəsə kosmetik yağ olub.
Eyni versiyanı ikinci şübhəli – 29 yaşlı Vyetnam vətəndaşı Doan Txi Xıonq da səsləndirir.


Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderinin qardaşı Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub. Qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıb ki, Şimali Koreya vətəndaşı olan 8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.
Koreya Xalq Demokratik Respublikasında yüksək vəzifəli 5 təhlükəsizlik səlahiyyətlisi zenit-raket sistemi ilə edam edilib. Cənubi Koreyanın rəsmi xəbər agentliyi “Yonxap”ın yazdığına görə, Kim Çen In 5 yüksək vəzifəli təhlükəsizlik səlahiyyətlisinin “yalan hesabat” hazırladıqları üçün zenit-raket sistemi ilə öldürüldüyünü gizli bir iclasda millət vəkillərinə söyləyib.
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaların müddətini 1 il müddətinə uzadıb. Qəbul edilən qərara əsasən, Belarusa silah embarqosu davam etdiriləcək, müxalif siyasətçilərin itkin düşməsində rolu olan 4 şəxsin adı qara siyahıdan çıxarılmayacaq.
Qeyd edək ki, Aİ 2015-ci ildə Belarusa qarşı 2002-ci ildə qəbul edilmiş sanksiyaların bir hissəsini ləğv edib. Bu qərara əsasən, 170 vətəndaş və 3 hüquqi şəxs AB-nin qara siyahısından çıxarılıb.
Ermənistan Baş naziri Karen Karapetyanla görüşdə Abxaziyadan Ermənistana gedən dəmiryolunun açılması ilə bağlı məsələ müzakirə edilməyib. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib.
O, ümumiyyətlə, bu məsələnin hökumət tərkibində də müzakirə olunmadığını bildirib.
Suriyada “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əl-Zəvahirinin müavini öldürülüb. Bu haqda ekstremistlərin internetdə fəallığının monitorinqi ilə məşğul olan SITE saytı bildirib.
Saytın yazdığına görə, Əhməd Həsən Abu əl-Hayr əl-Masri ABŞ Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində İdlib vilayətində məhv edilib. Qeyd edilir ki, o, “Əl-Qaidə”nin Suriya qanadının başçısı idi.
Ukraynanın şərqində vəziyyət gərginləşir. Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib.
Separatçı liderlər mart ayının 1-nə kimi Donbasın blokadasına son verilməyəcəyi halda bölgədə olan bütün Ukrayna müəssisələrinin “respublikalar”ın hüquq sahəsinə keçəcəyini bildirib.
“Biz Ukraynaya kömürün çatdırılmasını dayandıracağıq. Kömürün çatdırılması üçün nə imkan, nə də ödəniş sxemi var”, – deyə separatçı liderlərin birgə bəyanatında deyilir.


Ömər Dağlı