backend

TƏCİLİ: I vitse-prezident hansı sosial layihələrə imza atacaq?

TƏCİLİ: I vitse-prezident hansı sosial layihələrə imza atacaq?

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın "Rossiya 1” kanalının "Vesti nedeli” proqramına müsahibə verib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsahibəsində bildirib ki, əsas diqqəti sosial problemlərin həllinə cəmləşdirəcək: "Mən işimi sosial problemlərin həllinə yönəltmək niyyətindəyəm. Diqqəti əhalinin aztəminatlı hissəsinin həllinə cəmləşdirmək istəyirəm. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bakipost.az-a açıqlamasında bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın bundan sonra hansı sosial layihələri həyata keçirəcəyi cənab prezident tərəfindən ona veriləcək səlahiyyət çərçivəsində müəyyənləşəcək: "Bu barədə nəsə demək çətindir. Yəqin ki, bunlar səlahiyyət çərçivəsində müəyyənləşəcək. Mehriban xanıma cənab prezident İlham Əliyev tərəfindən müəyyən səlahiyyətlər veriləcək. Ondan sonra nəsə demək olar. Amma Mehriban xanım əvvəllər də Heydər Əliyev Fondu ilə həmişə sosial layihələr həyata keçirib. Məsələn, orta məktəblər, uşaq bağçaları açılır, xaricdə müəyyən yardımlar edilir. Bundan sonra isə dövlət səviyyəsində sosial layihələrə diqqət yetiriləcək. Sosial Müdafiə Nazirliyinin xətti ilə insanlara verilən köməkliyə və digər məsələlərə diqqət artırılacaq. Amma hər şey cənab prezident İlham Əliyevin verəcəyi səlahiyyətləri çərçivəsində məlum olacaq”.


Politika.Az