backend

Ərdoğan: “Ermənistanın işğalçı siyasəti...”

Ərdoğan: “Ermənistanın işğalçı siyasəti...”

“Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq platformalarda qaldırmalıyıq”.
Publika.az xəbər verir ki, bunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib.
“Bu, hər nə qədər iqtisadi əməkdaşlıq zirvəsi olsa da, əsl çərçivəsi siyasətdir. Atacağımız addımlarımızı müəyyən edərkən siyasəti bir kənara qoymağımız mümkün deyil. Bir çox ölkənin çətinlikləri var. Əfqanıstanın, Azərbaycanın çətinlikləri var. Dağlıq Qarabağ probleminin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylər hələ də nəticəsiz qalıb”, - deyə Türkiyə prezidenti bildirib.