Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

gundem / hadise 2-03-2017, 00:40
Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

Jurnalist İkram Rafiqoğlu azadlığa buraxılıb

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov feysbuk səhifəsində yazıb.

“Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2016-cı il tarixli hökmü ilə CM-nin 147.2-ci maddəsilə təqsirli bilinərək hər ikisi bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş jurnalist İkram Rafiqoğlu və Novruzov Rahman barəsindəki hökmü bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirildi.

Onlara 9 ay islah işləri cəzası təyin edildi. Təyin edilmiş islah işləri cəzası həbsdə qaldıqları 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirərək cəzalarını tam icra etdiklərinə görə məhkəmə zalından həbsdən azad edildilər.

Qərardan kassasiya şikayəti verəcəyik. Kassasiya şikayətimiz təmin olunmasa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvemsiyanın 6-cı və 10-cu maddələrinin pozulmasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edəcəyik.”- deyə, vəkil bildirib.

Xatırladaq ki, ötən ilin noyabrında Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu Sumqayıt şəhər məhkəməsinin qərarı ilə CM-nin 147.2-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilmişdi.


Qaynarxett.az
Oxunub: 539
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10