backend

Bir yaşlı yalan

Bir yaşlı yalan

"Yalanın ömrü 40 gün ömrü olur" deyiblər. Amma istisnalar varmış. "Neftçi" rəhbərliyinin və baş məşqçisinin Azərbaycan xalqına satdığı yalan 40 gündən çox yaşadı. Bizim rəhmətlik İdris müəllim deyirdi ki, bir yalanın üstünü örtmək üçün daha 40 dəfə yalan danışmağı ba-carmalısan. Görünür, rəhmətliyin dediyi həmin məsəldən "Neftçi"nin başında oturanlar da xəbərdar imiş. Onlar da bir ildən çoxdu ki, yalanları bir-birinin ardınca düzüb-qoşdular, idman mətbuatının və azarkeşlərin başının altına yastıq qoymağa çalışdılar. Bizi aldada bilmədilər. Buna əminəm. Çünki ötən müddət ərzində sözümüzü hər fürsətdəcə dedik, bizə ina-nan oxucularımızı da aldanmağa qoymadıq.


Söhbətin nədən getdiyi məlumdu. "Neftçi"nin əzəmətini və gücünü itirməsindən, klubu idarə edənlərin və futbolçuların özündənrazılıq xəstəliyinə mübtəla olmasından, başqalarına mü-nasibətdə aqressivləşməsindən, həqiqəti görmək istəməməsindən danışıram. Avroliqanın qru-puna qazanılan vəsiqə ölkə futbolu üçün bir ilk idi və tariximizə yazıldı. Sevindik, göylərdə uçduq və əməyi keçən hər kəsin haqqını verməyə çalışdıq. Qrup mərhələsində qələbəyə həsrət qalmağımız hələ tam böyümədiyimizi, görüləcək işlərin çox olduğunu da bizə başa saldı. Bu həqiqəti klub rəhbərliyinin diqqətinə çatdırmaq üçün qollarımızı çırmaladıq, yazılarımız-la komandadakı problemləri göstərməyə çalışdıq. Onlar isə Milanda "İnter"li uşaq-muşaqla oyunda əldə olunan heç-heçəni başımıza vurmağa başladılar. Mövsümün sonunda Kanalesin timsalında çox vacib bir fiqur Azərbaycanı tərk etdi. Həyəcan təbilini gumbuldatdıq. Böyü-kağa Hacıyev "onu futbolçu edən mən olmuşam, "Neftçi"nin futbolçu problemi ola bilməz" de-di. Çempionlar Liqasının qrupunu hədəfləyən "xalq komandası" ilk mərhələdə rəqibin "Şken-derbü" olduğunu bilən kimi yorğanını başına çəkdi. Bu dəfə Hacıyev daha iddialı idi: "al-banları da keçəcəyik, ondan sonrakıları da". Bakıdakı oyun da onları qəflət yuxusundan ayıltmadı, "biz "İnter"dən Milanda xal almışıq" deyirdilər. "Şkenderbü" mərhələni keçən-də isə yeni bəhanələr ortaya çıxdı. İddia etdilər ki, "Neftçi" rəqibi ciddiyə almamağın gü-dazına getdi, futbolçular zəif rəqiblə oyuna köklənə bilmədilər. Axı onlar Avroliqanın qru-punda oynamış "ulduzlar" idi.


Ötən bir il ərzində bu tip bəhanələri çox eşitmişik. Amma ilahi ədalət bu işi belə qoya bil-məzdi. Əvvəlcə bəyənmədiyimiz albanlar Minskdə BATE ilə qolsuz bərabərə qaldılar. Bu həmin BATE-di ki, Çempionlar Liqasının qrupunda "Bavariya", "Yuventus" kimi komandalarla oynayıb, Belarus çempionunun qazandığı uğurları bizim "xalq komandası" heç yuxusunda da görməyib. Albanlar isə sübut etdilər ki, pulları az olsa da, heç kimdən zəif deyillər, onlara yuxarıdan baxan mütləq bunun cəzasını çəkir. Üstəlik, ötən il "Neftçi"yə badalaq vuran Korçe təmsilçisi eyni aqibəti güclü BATE-yə yaşatmaqla daha da gücləndiyini və püxtələşdiyini göstərmiş ol-du. Bəs bu bir il ərzində "Neftçi" nə etdi? Başbilənlər ardıcıl yalanlar "istehsal edərək" məqçiləri əlcək kimi dəyişdi, komandanın heyəti daha da zəiflədi, "bizə transfer lazım de-yil, yetərincə güclü futbolçularımız var" deyib, baş qatıdlar. Belədə "Şkenderbü"nün vurdu-ğu şapalağın daha güclüsünü "Koper" "Neftçi"yə ilişdirdi. Bununla da Sadıq Sadıqovun, Tahir Süleymanovun və şəxsən Böyükağa Hacıyevin bir il ərzində qulağımıza üfürdükləri yalanlar rəsmən süquta uğramış oldu. "Neftçi" nə "Şkenderbü"yə, nə də "Koper"ə təsadüfən uduzub. Necə ki siz Avroliqanın qrupuna yüksəlməyinizin təsadüf olmadığını iddia edirdiz. Zəhmət çəkib, qarşılığını görmüşdüzsə, bu məğlubiyyətlər və qocaman bir "xalq komandası"nın uçurumun kənarına gəlməsi də sizin "zəhmətinizin" bəhrəsidi.


Fiaskonun səbəbləri haqda yazmalı olsam, təkrarçılıq edərəm. Onsuz da ilboyu "Neftçi"də baş-verənlərdən yazır, Nazim Süleymanovun gedişinin və Hacıyevin qayıdışının səhv oluğunu isbatlayır, heyəti gücləndirməyin vacibliyini vurğulayırdıq. Dinləyən olmadı. İş-işdən keçəndən sonra isə Böyükağa bəy "30 minim yoxdusa, bahalı maşını necə alım" deyə sual edir. Bu tip suallara indi cavab axtarmaq lazım deyil, əzizim. Cəmi bir il əvvəl avrokuboklardakı uğursuzluğa görə postundan gedən çalışdırıcı heç nə olmamış kimi qayıdıb "Koper"i keçsək də, keçməsək də, istefa verirəm" deyincə, çox gülünc göründüyünün fərqində olmalıdı. Axı, siz ölkə klubunun finalından sonra getməyə də söz vermişdiz. Yalanın ömrü çox da uzun ol-mur. Çalışın, bundan sonra yalan danışmayın.