backend

Böyük MÜHARİBƏ : qanla dəyişdirilən xəritə və MƏXFİ PLAN

Böyük MÜHARİBƏ : qanla dəyişdirilən xəritə və MƏXFİ PLANObamadan sonra Donald Trampın qana boyanmış və xaosun hökm sürdüyü Yaxın Şərqdə nə edəcəyi maraqlıdır. Tramp hərbi müdaxilə yolunumu tutacaq, yoxsa, tam əksinə, Yaxın Şərqi öz başına buraxacaq? Vaşinqton nə düşünür, nəyi planlaşdırır, hansı addımları atacaq? Bu suallara cavab tapmaq hələ ki çətindir. Bununla yanaşı, bizim üçün aktual olan məsələ Trampın İranla bağlı siyasətidir. Bu siyasət hərbi müdaxilə mərhələsinə keçərsə, Azərbaycan qonşuluğunda böyük müharibənin başlanması deməkdir. Deməli, baş verənlər və regionun taleyi dolayısı ilə bizi də maraqlandırır.

Publika.az xəbər verir ki, ABŞ-da Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) Yaxın Şərq proqramının direktoru, Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunun eksperti Con Altermanom ABŞ-ın Yaxın Şərq planlarını şərh edib.

Ekspert hesab edir ki, Tramp administrasiyası hələlik Yaxın Şərqdə hansı prioritetləri izləyəcəyini müəyyən etməyib: “Əgər hədəf terrorizmlə mübarizədirsə, onda bu, bir istiqamətdir. Yox, İrana qarşı hücumdursa, bu, tamam başqa məsələdir. Tramp hələlik Yaxın Şərq və İranla bağlı konkret planın üzərində dayanmayıb. Lakin müəyyən planların hazırlandığı da dəqiqdir”.

Onun sözlərinə görə, terrorla mübarizə aparmağın öz çətinlikləri var: “Əgər siz terrorla mübarizəni prioritet elan edirsinizsə, belə problem yaranır: ekstremistlər bir uğurlu hücumla sizi məğlub duruma salır. Çünki istənilən uğurlu terror aktı onların qələbəsi deməkdir. Yəni bütövlükdə terrora qarşı uğurlu əməliyyatlar keçirirsiniz, lakin bir, ya iki terror aktı bu uğuru alt-üst edir. Bu məsələ olduqca çətindir”.

C.Altermanom deyir ki, amerikalılar hansısa mükəmməl nizamın qurulmasında yox, həmişə prosesləri qaydaya salmaqda maraqlıdırlar.

Böyük MÜHARİBƏ : qanla dəyişdirilən xəritə və MƏXFİ PLAN
“Ərəb dünyası Amerikanı yanlış anlayır: orada çoxları səmimiyyətlə inanır ki, Vaşinqton əvvəlcə “ərəb baharı”nı təşkil etdi, sonra öz siyasətini yeritdi. Əslində bu, tamamilə belə deyil. Məsələn, “Müsəlman qardaşları” Misirdə seçki ilə hakimiyyətə gəldi. Onlar uğurludursa, deməli hakimiyyətdə qalmalıdırlar. Əgər uğursuzdursa, vətəndaşlar onları seçkilərdə hakimiyyətdən uzaqlaşdıracaqlar. Belə alındı ki, hərbiçilər “Müsəlman qardaşları”nı devirdi. Misirdən olan dostlarım məndən soruşurlar: “Siz “Müsəlman qardaşları”nı dəstəkləyirdiniz?”. Mən cavab verirəm ki, xeyr. Biz prosesi dəstəkləyirdik. Yəni, kim yaxşı idarə edir, o hakimiyyətdə qalır, kim pis idarə edir, o gedir. Bu prinsip səhv qərarlardan sığorta etmir, lakin eyni səhvin təkrarlanmamasını təmin edir. Amerikada da belədir. Çoxları Trampın prezident olmasını istəmirdi. Lakin o seçiləndən sonra, heç kim bunun legitimliyinə şübhə etmir. Hesab edirəm ki, ABŞ Yaxın Şərqdə proseslərə uyğun hərəkət edərsə, uğur qazanacaq. Yox əgər “var güclə hakimiyyəti qoru” prinsipi ilə yanaşsa, uğursuzluğa düçar olacaq. Necə ki, Liviyada bu prinsip ölkəni uçuruma apardı”, - deyə o bildirib.

Amerikalı ekspert qeyd edib ki, Yaxın Şərqdə diktatorlar epoxası sona çatdı: “Lakin güclü hökumətlər dövrü başa çatmayıb. Sadəcə olaraq, indi sadə insanlar idarəçiliyə müəyyən qədər də olsa təsir edə bilirlər”.