backend

Burada daha bir məmur narazılıq yaradır... - İTTİHAM VAR

Burada daha bir məmur narazılıq yaradır... - İTTİHAM VAR












Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev cənablarının 19 may 2015-ci il tarixdə Binəqədi rayonu ərazisində yanan bina ilə bağlı korrupsiya əleyhinə olan çıxışından başlayaraq indiyə qədərki bütün sonrakı çıxışlarında irəli sürdüyü "Qoy hamı bilsin ki, heç kəs məsuliyyətdən kənarda qala bilməz" kimi antikorrupsiya çağrışlarını KİV-də təkrar-təkrar ictimailəşdirildiyinə görə korrupsiya məngənəsində əzablara məruz qalan əhali, xüsusilə də, Laçın rayon əhalisi böyük ümid və sevinclə qarşıladı. Bəs, zirehləndirilmiş bəzi məmurlar müxtəlif ünvanlarda bu humanist çağırışa necə münasibət bəslədilər?
“Təhsil millətin gələcəyidir”. Əsrlərin sınağından çıxmış bu kəlam bu gün də bəşəriyyətin tərəqqipərvər qisminin intellektual sferasında öz aktuallığını saxlamaqdadır. Bu kəlamı və möhtərəm Prezidentimizin məlum antikorrupsiya çağrışlarını, yəqin ki, Laçın rayonunun Təhsil Şöbəsinin zirehləndirilmiş sabiq müdiri rayonda heç kəsi, hətta qanunları belə, vecinə almayaraq təhsili iflic edən Malk Vəliyev və onun başçlığı altında rahatlıqla fəaliyyət göstərən mütəşəkkil korrupsioner banda (yalnız Vəliyev Malikin meyarları əsasında seçilmiş əksər məktəb direktorları və təhsil şöbəsinin bəzi məmurları) da eşitməmiş olmazdı. Bəs, bu müqəddəs yola başqa cür baxanlar necə? Onları kimə bənzətmək olar? Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili demək olar ki, darmadağın edən Malik Vəliyev və onun başçılığı altında rahatlıqla fəaliyyət göstərənlərin əməllərini saymaqla qurtarmaq olmaz. Belə ki, Malik Vəliyev və seçilmiş məmurlar sindromu sayəsində məlum ünvanda mütəmadi olaraq tədris ilinin əvvəlində şagird şəbəkəsini təsdiq etdirmək, az qala hər ay “yuxarıdan gələn” yoxlamaları yola salmaq, məktəbə yanacq, peç, truba və digər avadanlıqlar almaq, məktəbi təmir etdirmək, müxtəlif tədbirlərə vəsait, müxtəlif ünvanla ra sovqat göndərmək və s. adı ilə məktəblərdəki işini itirmək istəməyən hər bir işçidən xüsusi peşəkarlıqla müəyyən məbləğdə pul yığılır. Bu seçilmişlərin fəal üzvləri respublikanın hansı rayonunun sakini olmasına baxmayaraq biliyi öz şagirdinin bilik səviyyəsindən çox aşağı olanları, diplomu saxta olanları, işləməyə icazə yaşı çoxdan bitənləri axtarıb taparaq işə düzəldib adlarına külli miqdarda əməkhaqqı yazıb onun çox az bir hissəsini onlara verir, qalanını isə özləri götürürlər. Dünyanın hansı ölkəsində yaşama sından asılı olmayaraq yalnız əmək stajına razı olan hər bir kəsi axtarıb taparaq, onların adlarına fantastik miqdarda əməkhaqqı yazıb özlərinə götürülər. Nə orta, nə də ali məktəbdə bir gün də olsun dərsə getməsə də “diplom”u olanlardan, Vətənimizin müharibə vəziyyətində olduğu hazırki zamanda hərbi xidmətdən dolayı yollarla yayınan dezertirlərdən hər bir kəs Malik Vəliyevin könlünə yatan məbləği verərsə, istənilən məktəbdə, hətta, təhsil şöbəsinin aparatnda belə istədiyi vəzifəni, ala bilər. Bir sözlə, Laçın rayon təhsil şöbəsində fəaliyyət göstərmiş Malik Vəliyev və seçilmiş direktor labirinti sayəsində dövlət büdcəsini və müəllimləri amansızlıqla çapıb-talamaq peşəkarlıq göstəricisi hesab olunur. Laçın rayonunun Təhsil Şöbəsinin anoloqu olmayan zirehləndirilmiş müdiri Malk Vəliyevin dünya təhsil sisteminə və pedaqogika elminə gətirdiyi analoqu olmayan yeniliklərdən biri də bundan ibarətdir ki, seçdiyi pedaqoji təhsili olmayan, diplomu saxta olan, hətta iki eşşəyin arpasını bölməyi belə bacarmayan direktorlardan bəzilərinin əlinə bir neçə gerbli möhür verərək həmin məktəblərin direktorluğunu onlara həvalə etməklə, yenə də, pedaqoji kollektivə və əhaliyə anoloqu olmayan cəhənnəm əzabını yaşadır. Hələ, Malik Vəliyevin təhsil şöbəsinin aparatına yerləşdirdiyi tamamən təhsili olmasa da, “diplom”ları olan dezertirlər dəstəsinin nələrlə məşğul olduğunu bilsək, ən qatı düşmənlərimizə belə şükür edərik. Hər ay hər müəllimin əməkhaqqından 21% həcmində vergi pulu tutulur. Bundan əlavə maaş cədvəlində müəllimlərin bir hissəsinin maaşlarından kəsib başqa müəllimlərin adına yazırlar, həmin pulu isə sonralar direktorlar “artıqdan yazılmış saat” kimi həmin müəllimlərdən alırlar. Fəal məktəb direktorları az qala ayda bir dəfə məktəbdə işləyən məcburi köçkünlərin hamısından nə yolla olursa olsun, şəxsiyyət vəsiqələrinin surətlərini alır. Eşitdiyimizə görə, həmin surətlər əsasında onların adına yardım kimi əlavə pul yazıb özləri mənimsəyirlər. Hər tədris ilinin sonunda hər müəllimdən “sığorta pulu” adı ilə 8-10 manata qədər pul saxlanılır. İldə bir neçə dəfə sinif rəhbərliyi pullarının və texniki işçilərin maaşlarının hamısı zorla da olsa, əllərindən alınır. 2014/2015-ci tədris ilindən isə rayon üzrə bütün müəllimlərin 25avqust—15 sentyabr dövründəki maaşlarından əməkhaqqı cədvəlində 3 günün əməkhaqqısı kəsilməkdədir. Hər il hər müəllimin maaşından “qəzet pulu” adı ilə 15 manat saxlanılsa da, heç kəsə heç qəzet verilmir. Testdən keçib iş yerinə gələn müəllimləri aldadaraq qorxudub iş yerindən qaçırır, həmin dərsləri isə “artıq saatlar”kimi ona-buna yazaraq sonra özlərindən alırlar. İşdən hali olan müəllimləri əvvəlcə aldatmaq istəyirlər, aldanmayanları isə “ağıllı” olmağa dəvət edirlər. “Ağıllı” olmaq istəməyən məzlumların ərizələrindəki məlumatları isə yerli hökumətin rəsmi səlahiyyətlərinin zoru hesabına yalana çıxardaraq onlara böhtançı damğası vururlar. Sonra isə işə cəlb edilmiş rayon məhkəməsinin sifarişli qərarı ilə məzlumların yalana çıxarılmış məlumatları vəzifəli şəxslərin şərəf və ləyaqətini alçaldan yalan məlumatlar hesab edlir. Bunun ardınca isə daha bir sifarişli “məhkəmə qərarı” ilə bu yurdsuz-yuvasızlardan külli miqdarda pul alınaraq həmin məmurlara ödətdirməklə, həmin məmurların alçaldılmış şərəf və ləyaqətlərini guya bərpa etməyə çalışacaqlar. Və hər kəs isə bu acınacaqlı sonluqdan özü üçün ibrət dərsi alacaqdır. Yoxsa, bütün bunlara görədirmi ki, Malk Vəliyev harada gəldi nümayişkaranə tərzdə bəyan edirmiş ki, pulum var, nə qədər hesab istəsələr verib ya bu rayona icra hakimiyyətinin başçısı, ya da regional təhsil idarələrindən birinə müdir keçəcəm. Vay o xalqın halına ki, bu günü də görə. Niyyətin hara, mənzilin ora?... Həm də bu yolla?... Bu yolun isə bizi Laçına aparmayacağını, ən qatı düşmənlərimiz belə, nə qədər vicdansız olsalar da, danmazlar! Kimsələr nə danışsalar belə! ... Allah qorusun bu xalqı! O xalqı ki, həm cəbhədə yağı düşmənlə mərdliklə döyüşür, həm də məişətində zirehləndirilmiş Malikkimilərin rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilmiş əməllərinə çarəsiz qaldığından dözməyə davam edir. Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili tamamilə darmadağın edən dəstənin qalavarı (başçısı) olan Malik Vəliyevin belə yüksək mövqelərdən birini zəbt etməsinin onsuz da başı kifayət qədər dərddə olan xalqımıza gətirəcəyi fəlakətlərin miqyasını və miqdarını hesablayıb qarşısını ala bilmək üçün təkcə mahir riyaziyyatçı olmaq kifayət etməz, bunun üçün bir balaca milli qürur hissinə sahib olmaqla bərabər, həm də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşa bilmək cəsarəti tələb olunur. Eşitdiyimizə görə artıq bir ilə yaxındır ki, Malik Vəliyev Azərbaycan Respublikası Təhsil NazirliyininTərtər regional idarəsinə müdir təin edilib. Əgər bu təyinat Malikkimilərin məlum təcrübəsini yaymaq məqsədi daşıyırsa, onda vay Azərbaycan xalqının halına!... Əcaba, ola bilərmi ki, Laçın rayonunda nə İcra Hakimiyyətinin indiki Başçısı, nə də Laçın rayon Təhsil şöbəsinin indiki müdiri Malik Vəliyevin qoyduğu qaydalardan kənara çıxmaq gücünə malik olsun?
Hörmətli “Təzadlar”! Sizdən artıq dərəcədə xahiş edirik ki, cəmiyyətimizin təhsil kimi mühüm bir strateji sahəsindəki cəzasızlıq şəraitində yüksələn templə tüğyan edərək bizi daha fəlakətli uçrumlara yuvarlayan bu insanların əməllərinin aradan qaldırılması üçün nüfuzunuzun və vəzifə səlahiyyətlərinizin imkanlarından beynəlxalq və milli qanunlarımız çərçivəsində maksimum dərəcədə istifadə edərək daha effektli tədbirlərin görülməsində öz köməkliyinizi əsirgəməyəsiniz. Bunu etməklə isə Siz həm öz vətəndaşlıq, həm də vəzifə borcunuzu yerinə yetirmiş hesab olunacaqsınız. Respublikamızın əyalətlərində yaşayan əhalisinin “Burda mənəm, Bağdadda kor xəlifə” əhvali-ruhiyyəli məmurların özbaşınalıqlarından ümidlərini itirdiklərinə görə gözləri yoldan, qulaqları səsdən yığışmış qisminin deyil, ümidlərini itirmədiklərinə görə hələ də gözləri yolda, qulaqları səsdə qalan qisminin ümidlərinə güvənərək Sizə müraciət edirik ki, Bizim haqq səsimizi eşitməzlikdən gələn ünvanlara çatdırasınız... Nə qədər çətin olsa da...
H ö r m ə t l ə: Bir qaup təhsil işçiləri adından:
Samir Zeynalov, Musa Həsənov və başqaları \\tezadlar.az\\