backend

Çətin üzləşdiyi çətinliklərdən danışdı

Çətin üzləşdiyi çətinliklərdən danışdı



Yeni transferlər "Xəzər Lənkəran"ı sevindirdi


Sloveniya toplanışını davam etdirən "Xəzər Lənkəran"ın baş məşqçisi komandasını növbəti mövsümə hazırlamaqla yanaşı, jurnalistlərə vaxt ayırmağı da yaddan çıxarmır. Oğuz Çətin çalışdırdığı komanda və gələcək planları ilə bağlı müsəlman dünyasının aparıcı teleka-nalı "Əl-Cəzirə"yə müsahibə verib. Həmin müsahibəni müəyyən ixtisarla nəzərinizə çatdırı-rıq.

- "Xəzər Lənkəran"da fərqli ölkələrdən futbolçular var. Türkiyədən də futbolçu transfer etmə-yi düşünürsüz?

- Açığı, türkiyəli futbolçu transfer etmək bizim üçün elə də məntiqli olmur. Bunu rahatlıqla deyə bilərəm ki, Türkiyənin PTT liqasında çıxış edən futbolçuların aldıqları məvacib az de-yil. Azərbaycan çempionatındakı ilə eyni sayıla bilər. Bundan başqa, türkiyəli futbolçular Azərbaycan çempionatında legioner statusunda oynayır. Belə olan halda, Türkiyədən yox, baş-qa xarici ölkələrdən futbolçu almaq daha sərfəli görünür. Türkiyəli futbolçulara Azərbay-canda yerli satusunda oynamaq hüququ verilsə, vəziyyət başqa cür ola bilər. Çünki əcnəbi fut-bolçu türkiyəliyə nisbətən daha az məvacib alır və səviyyəli oyun göstərir.

- "Xəzər Lənkəran"a Mustafa Dənizlidən sonra baş məşqçi təyin olunduz. Qarşınızda hansı hə-dəfləri qoymusuz?

- Ötən mövsüm Dənizli ilə gələndə komanda çempionatdakı hədəfindən uzaqlaşmışdı. Ancaq kubok oyunları vardı. Yarımfinalda kubokdan da əlimizi üzdük. "Xəzər Lənkəran" 2-3 ildi ca-miəsini sevindirə bilmir. Azərbaycanda Lənkəran rayonu çox özəl bölgədi. Premyer-liqadakı 10 komanda arasında ən çox azarkeşi olan klubdu. Uğurlu çıxış edəndə 15 minlik stadionumuz dolur. Əsas hədəf çempionatın və kubokun qalibi olub, avrokuboklara vəsiqə qazanmaqdı. Arzum bir neçə ildi hədəflərindən uzaq düşən Lənkəran təmsilçisini məqsədinə çatdırmaqdı.

- "Xəzər Lənkəran"da bu hədəflərə çatmaq üçün lazımi idarəçilik sistemi və maliyyə imkanları varmı?

- Azərbaycan futbolu intensiv inkişaf edir. Klubların yayın və buna bənzər gəlirləri yoxdu. Dövlət başçısı, dövlət qurumları, federasiya və iş adamlarının dəstəyi ilə futbol ayaqda durur. Futbolun özü-özünü maliyyələşdirmək imkanı yoxdu. Futbolun inkişafı üçün dövlət qurumları addımlar atmağa başlayıb. Səhv etmirəmsə, premyer-liqadakı 10 klub arasında azarkeşlərinə bilet sata bilən yeganə klub bizik. Ümumilikdə oyuna gələnlərdən bilet pulu tə-ləb olunmur. Azərbaycan inkişaf edən bir ölkədi. Azərbaycan çempionatında mübarizə apar-maq çətindi. Çox səviyyəli legionerlərə malikdilər. Premyer-liqa ilə Türkiyə PTT liqasının səviyyəsi eynidi. 3-4 komanda Türkiyə superliqasında çıxış edən klublarla eyni səviyyədədi. Azərbaycan futboluna yuxarıdan aşağı baxmamalıyıq.

- Azərbaycanın varlı ölkə olduğunu və çempionatda da səviyyəli futbolçuların oynadığını dediz. Amma sizin komandaya baxanda tanınmış futbolçu görə bilmirik. Heyəti lazımi trans-ferlərlə gücləndirməyi düşünürsüz?

- Hər şey yerbəyer olmadan baxımlı və hamı tərəfindən qəbul edilən çempionat keçirmək çə-tindi. Ulduz futbolçunu komandaya gətirib, bölgənin diqqətini cəlb etmək önəmli həmlədi. Amma əvvəla, komandadakı standartları yerbəyer edib, davamlılıq göstərməyimiz vacibdi. İndi ehtiyacımıza uyğun transferlər etməliyik. Ötən mövsüm komandada 4 azərbaycanlı fut-bolçu, onlardan da birinin yaşı 21-dən az olmalı idi. Bu, bizi çox çətinə saldı. Çünki yerli futbolçumuz az idi. Növbəti mövsümdən isə meydana 5 yerli futbolçu çıxmalıdı. Onlardan bi-rinin yaşı 23-dən çox olmamalıdı. Belə məcburiyyətlər futbolun inkişafını ləngidir. Bəzi futbolçuları məcburiyyətdən oynatmalı olursan. Bu mövsüm Azərbaycanın aparıcı futbolçu-larını transfer etmək istəyirik.

- Lənkəranın paytaxtdan uzaq olması sizə problem yaradırmı?

- Lənkəran İran sərhəddinə yaxın bir bölgədi. İctimai həyat tərzi çox fərqlidi. Bu səbəbdən də bəzi çətinliklərimiz var. Şəhərdə futbolçuların maraqlı vaxt keçirəcəyi yerlər azdı. Di-gər komandalardan fərqli, futbolla bağlı məsələlərdən əvvəl futbolçularımızın sosial həya-tı və psixoloji durumu ilə bağlı məsələləri həll etməli oluruq. Lənkəran çox məhsuldar tor-paqlara malik bir bölgədi və hər şey təbii şəkildə yetişir. Yaşıllıq çoxdu. Oyunçularımı-zın işindən zövq alaraq fəaliyyət göstərmələri üçün planlar hazırlayırıq.

- Ordakılar da Türkiyədə Anadolu klublarının yaşadığı problemlərə oxşayır?

- Bəli, oxşar çətinliklərdi. Klubumuz bu məsələləri həll etmək üçün ən çox maliyyə cəhətdən addım atmalı olur. Bizim futbolçularımız başqa klublara baxanda daha çox pul qazanır.
Sonda onu da qeyd edək ki, "ağ-yaşıllar" dünən Sloveniyadakı hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb. Bu dəfə rəqib Latviya təmsilçisi "Yurmala" olub. Bakı vaxtı ilə saat 20.30-da başlayan oyun cənubluların 3:1 hesablı qələbəsiylə başa çatıb. "Ağ-yaşıllar"ın qol-larını 3-cü dəqiqədə Fernandinyo, 75-də Rauf Əliyev, 77-də isə Rəşad Sadiqov vurub.

RƏŞAD