Xalq artistini aldadıb, pulunu yedilər - Biabırçılıq

Sosial 2-03-2017, 17:08
Xalq artistini aldadıb, pulunu yedilər - Biabırçılıq








Xalq artisti, tanınmış aktyor Yasin Qarayevi aldadıblar. Yerli seriallardan birinə çəkilən aktyorun pulunu mənimsəyiblər.

Yeniçağ.az-a açıqlama verən illərin sənətkarı üstündən bir il keçsə də, pulunu hələ də ala bilmədiyini bildirib:

“Bir neçə il bundan əvvəl “Boyunbağı” adlı bir seriala dəvət aldım. 7-8 seriyaya çəkildim, amma qonorarımı vermədilər. Gündə sabaha salıb, aldatdılar, mən də inandım. Sonradan həmin serialın çəkilişləri yarımçıq dayandırıldı. Dəfələrlə zəng etdim, amma xeyri olmadı. Hər dəfə mənə zəng edib, çəkilişə çağırdılar, biri yalandan dedi ki, pulunu verəcəm, səbrli ol. Axırda dedi ki, əəsəblərimlə oynama, get işinlə məşğul ol. Belə haqsızlıqları görəndə əsəblərim tab gətirmir, çünki xəstə adamam. İstəmirəm stresslərlə sağlamlığıma zərbə vurum. Heç məhkəməyə də müraciət etmədim, çünki istəmirəm elə adamların səviyyəsinə düşüm. Həm də səhhətimə ziyan vurmuş olacam”.

Y. Qarayev buna görə də işini ehtiyatlı tutacağını, hansı filmə, ya seriala dəvət alsa, şərti şumda kəsəcəyini deyib:

“Mən bir neçə il əvvəl Kinostudiyanın istehsalı olan “Axırıncı dayanacaq” bədii filmində çəkildim, bir çəkiliş gününə görə 500 manat verdilər. 5-6 günə 3 min manat qazancım oldu. İndi yenə də bir filmə dəvət ediblər, amma qabaqcadan şərt kəsəcəm, istədiyim pulu versələr, çəkiləcəm. Əslində, hər aktyorun öz qiyməti var. Rasim Balayev kimi sənətkar baldır, qənddir, onun öz qiyməti var. Eləcə də bir çox başqa aktyorlarımızı qiymətləndirmək lazımdır. Küçədən keçəni gətirib, bizim kimi aktyorlara tay eləməməlidirlər. Fərq mütləq olmalıdır”.
Oxunub: 647
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10