backend

İlk turda "Naxçıvan derbisi" olacaq

İlk turda "Naxçıvan derbisi" olacaq


PFL klubların mükafatını kəsdi





Dünən İçərişəhərdə yerləşən "Shah Palace" otelində premyer-liqanın növbəti mövsümünün püşkatma mərasimi keçirildi. Tədbir saat 15.00-a planlaşdırılsa da, müəyyən səbəblərdən 15 dəqiqə gecikmə ilə başladı.




PFL PRO kateqoriyalı işsiz mütəxəssisləri unutmamışdı




Toplantıda elita klublarının rəsmiləri ilə yanaşı, yerli mütəxəssislər də iştirak edirdi. Ramin Musayevin rəhbərlik etdiyi qurum Ağasəlim Mircavadov, Yunus Hüseynov, Şahin Dini-yev, Arif Əsədov, Şakir Qəribov, Vəli Qasımov, Vaqif Sadıqov kimi ölkə futbolunda adından söz etdirmiş məşqçiləri də yaddan çıxarmamışdı. Adını çəkdiyimiz mütəxəssislər də püş-katmada iştirak edirdi. Tədbirdən əvvəl Ramin bəylə "Bakı"nın icraçı direktoru Yaşar Seyi-dovun bir küncə çəkilib dərdləşməsini xüsusi qeyd etmək olar. Bəlkə də tədbirin deyilən vaxt-da başlamamasına səbəb də bu idi. Halbuki artıq bütün qonaqlar salonda öz yerini tutmuşdu. Musayevlə Seyidovun danışıqlarından sonra, nəhayət, püşkatma mərasimi başlandı. Tədbiri giriş sözü ilə açan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri As-lan Şahgəldiyev qonaqları salamlamaqla yanaşı, tədbirin proqramını açıqladı. Məlum oldu ki, püşkatma ilə bərabər, son mövsümdə aprel və mayda fərqləndirilmiş ən yaxşı futbolçular və ən yaxşı qolun müəllifləri də "Topaz" tərəfindən mükafatlandırılacaq.




Reqlamentdə dəyişiklik olmayacaq


Bundan sonra söz PFL-in prezidenti Ramin Musayevə verildi. O növbəti mövsümdə premyer-li-qanın reqlamentində heç bir dəyişikliyin baş verməyəcəyini, sadəcə, əvvəlki illərdən fərq-li, qarşıdakı mövsümdə medalçılara pul mükafatının verilməyəcəyini bildirdi: "Növbəti mövsümdən premyer-liqanın təqvimində heç bir dəyişiklik olmayacaq. Ötən mövsüm necə idi-sə, növbəti "futbol ili"ndə də elə olacaq. Sadəcə, bu dəfə qərara gəlmişik ki, mükafatçılara pul verilməsin. Çünki kasıblamışıq (gülür). Mən elə başa düşürəm ki, premyer-liqa təmsil-çilərinin bu pula ehtiyacı yoxdu. Şükür Allaha, hamısının yetərincə büdcəsi var. Heç əv-vəlki mövsümlərdə də ilk "3-lük"də qərarlaşan klubların rəhbərləri gəlib bizdən pul istəmə-yib. Bu mövzu ancaq jurnalistlər üçün maraqlıdı. İnanıram ki, növbəti mövsümdə də futbol ictimaiyyəti, media və azarkeşlər gərgin mübarizəyə şahidlik edəcək. İldən-ilə çempiona-tımız daha maraqlı və səviyyəli olur. Bunun da sayəsində klublarımız avrokuboklarda daha uğurlu çıxış edir. Avrokubokların püşkatması zamana mənə neçə klubumuzun mərhələ adlaya-cağı ilə bağlı sual verilmişdi (bu sual bizə məxsusdu). Həmin vaxt bildirmişdim ki, ən azı iki təmsilçimiz bir neçə mərhələ keçəcək. Ümid edirəm ki, proqnozum yanlış olacaq. "Neftçi" də səfərdə layiqli çıxış edib, növbəti mərhələyə vəsiqə qazanacaq. Müəyyən məsələlər var ki, bəlkə də bu gün o haqda danışmaq olardı. Ancaq həmin məsələlər həllini tapmadığından, hələ ki bu haqda danışmağa ehtiyac görmürəm".




İlk turda "Naxçıvan derbisi"


PFL prezidentindən sonra söz premyer-liqanın sponsoru, "Topaz"ın nümayəndəsi Əhməd Sezərə verildi. Əhməd bəy çıxışında ölkə futboluna hələ bir neçə il sponsorluq etmək fikrində ol-duqlarını söylədi: "Biz fəxr edirik ki, belə güclü çempionata sponsorluq edirik. Çox istərdim ki, əməkdaşlığımız davamlı olsun. Bundan sonra daha uzun müddət birgə çalışacağımıza ümid edirəm".


Nəhayət, maraqla gözlənilən püşkatma baş tutdu. Öncə səhnəyə ötən mövsümün qalibi "Qara-bağ"ın nümayəndəsi çıxdı. O səbətdən 1 nömrəli şarı çıxardı. Bu uzun proses haqda geniş da-nışmağa ehtiyac görmədiyimizdən, avqustun 9-10-da keçiriləcək ilk turun oyunlarını nəzəri-nizə çatdırırıq:


AZAL - Xəzər Lənkəran


Bakı - Simurq


Araz-Naxçıvan - Neftçi


İnter - Qəbələ


Sumqayıt - Qarabağ




Braziliyalılar Ramin Musayevi təəccübləndirdi


Püşkatmanın nəticələri məlum olduqdan sonra ötən mövsümün aprel, may aylarının ən yaxşı futbolçuları və ən gözəl qolların müəllifləri mükafatlandırıldı. Aprelin ən yaxşısı "İn-ter"in yarımmüdafiəçisi Derlis Meza Kolli seçildi. Futbolçu tədbirdə iştirak etmədiyin-dən, ona çatacaq mükafat klubun idman direktoru Natiq Məmmədova verildi. Həmin ayın ən gö-zəl qolunun müəllifi isə Riçard Almeyda oldu. Nominant adını eşidincə səhnəyə çıxdı. Ra-min bəy braziliyalı yarımmüdafiəçiyə ana dilimizdə "salam aleykum" dedi və gözlənilmədən Almeyda ona "aleykum salam" cavabını verdi. Musayev üzünü zala tutub "görürsüz, artıq bunlar da bizim kimi danışmağa başlayıblar" söylədi. Hədiyyəsini alan futbolçu PFL başqanının "hədiyyəni bəyəndinmi" sualına "oldu, oldu" deyib ətrafdakılarla xatirə şəkli çəkdirdi. Bundan sonra mayda fərqlənənlər diqqət mərkəzinə düşdü. 2013/14 mövsümünün sonuncu ayının ən yaxşı futbolçusunun Reynaldo olduğu elan edildi. "Qarabağ"ın "9 nömrəsi" səhnəyə çıxar-kən həmyerlisi kimi dilimizdə danışa bildiyini göstərdi. O Musayevin "necəsən" sualına "yaxşıyam" deyərək cavab verdi. "Sambaçı"nın bu cavabından məmnun qalan Ramin bəy Reynal-doya "sən bizim qol ümidimizsən, inanıram ki, ilk oyunda boşa verdiyin şansları növbəti qar-şılaşmalarda dəyərləndirəcəksən. Səninlə fəxr edirik" söylədi. Mayın ən yaxşı qolunun müəllifi isə "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara oldu. Malili futbolçu bur-da olmadığından cənubluların nümayəndəsi ona çatacaq mükafatı aldı. Mükafatı təqdim edən PFL prezidenti zarafatından qalmadı: "Deyəsən, bu futbolçu itkin düşüb. Ancaq ümid edirəm ki, onu tapa biləcəksiz. Tapmasaz, mükafatı klubun muzeyinə qoya bilərsiz". Bu sözlər salonda əyləşənlərin gülüşünə səbəb oldu.




PFL başqanı Mircavadova xidməti maşın təklif etdi


Mükafatlandırma mərasimi bitdikdən sonra Musayev qonaqları yemək süfrəsinə dəvət etdi. O üzünü Mircavadova tutaraq "ağsaqqal, bu qədər danışdıq, bəsdi. Yaxşı olardı ki, müzakirələri yemək süfrəsi arxasında davam etdirək. Oruc deyilsiz ki?" dedi. Ağasəlim bəy isə "orucam, təd-bir başa çatdısa, getmək istərdim" söylədi. Ancaq Ramin bəy mütəxəssisdən əl çəkmək fikrində deyildi. Buna səbəb axşam həmin məkanda iftar süfrəsinin açılacağı idi. Mircavadovun reak-siyası belə oldu: "Çox sağ olun. İltifatınız artıq olsun. Mən bağa getməliyəm. O boyda yolu ge-dib, geri qayıtmaq istəmirəm". PFL prezidenti isə inadından əl çəkmədi: "Lazımdısa, maşın da təşkil edirəm. Kim orucdusa, axşamkı iftar süfrəmizə dəvət edirəm. Sual-cavaba da ehtiyac görmürəm. Onsuz da kimi nə maraqlandırırsa, cavab verirəm". Beləliklə, tədbirə dəvətli qonaq-lar ziyafət zalına keçərək "kəmərin altını bərkitdi". Bundan əvvəl isə Reynaldo və Almeyda jurnalistlərin suallarını cavabladı. Əvvəlcə Riçardı dinləyək.


- Maltadakı oyunla bağlı nə deyə bilərsən?


- Vacib olan nəticə idi. Futbolçu kimi yanaşsam, qələbə qazanmağımız bizi sevindirir. Ancaq hər şey həll olunmayıb. Hələ daha bir 90 dəqiqə var. Çətin matç olacaq. Çünki onların heyə-tində səviyyəli, qol vurmağı bacaran futbolçular var. Hazırlıq müddətindəki oyunumuzu sərgi-ləyə bilsək, mərhələ adlayacağıq.


- Doğma meydanda azarkeşlər minimal yox, böyükhesablı qələbə gözləyir. Buna hazırsızmı?


- Bizim üçün vacib olan mərhələ adlamaqdı. Bunu bacarsaq, azarkeşlərimiz daha çox sevinəcək. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdi.


- "Valletta" ilə oyunda penaltini qaçırdın. Həmin an sanki zərbə vurmağa hazır deyildin...


- Hazır idim. Zərbəni hər dəfə olduğu kimi yerinə yetirdim. Sadəcə, həmin an qapıçının bəx-ti gətirdi. Belə deyək, qapıçı üçün şanslı gün idi.


- Cavab oyununda azarkeşləri nə ilə təəccübləndirə biləcəksiz?


- Azarkeşlər stadiona gəlsinlər. "Qarabağ" kimi hamını ətrafında birləşdirəcək komandanı dəstəkləsinlər.


- "Valletta" səddini keçsəz, "Zalsburq"la qarşılaşacaqsız. Rəqib haqda nə deyə bilərsən?


(yazının davamını qəzetin çap variantında oxuya bilərsiz)


RƏŞAD