backend

"Allah belə insanlara hidayət etməz" - Cəlaloğlundan Ziya Məmmədovun Quranı təhlil etməsinə sərt reaksiya

"Allah belə insanlara hidayət etməz" - Cəlaloğlundan Ziya Məmmədovun Quranı təhlil etməsinə sərt reaksiya
















"İnanmıram ki, Ziya Məmmədov Quran oxusun, ya da mütaliəyə vaxt ayırsın”

Bunu sherg.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədovun Quranı oxuyub təhlil etməsi məsələsinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib:

Onun sözlərinə görə, "Quran"la az-çox tanış olan insanlar bilir ki, "Quran"da belə bir ayə var:

"Allah deyir, "mən istəməsəm, kimsə iman gətirə bilməz”. Bu o deməkdir ki, hər adam Quranı təhlil etməyi istəyə bilər, amma allah istəməsə, bu, baş tutmaz. Sual yaranır ki, Allah insanın "Quran"ı öyrənib təhlil etməsini nə vaxt istəyər? Allah deyir ki, sizin dualarınızı mənə çatdıran əməllərinizdir. Kimsə Quranı öyrənmək, dərk etmək istəyir, bunun üçün Allaha dua edirsə, Allah da o zaman onun duasını qəbul edir, öyrənmək və yaxud dərk etmək üçün ona istiqamət verər. Yalnız həmin şəxsin əməlləri bunu imkan verirsə, məşğul ola bilər.

Ziya Məmmədov Azərbaycanda ən böyük rüşvətxordur. Bunu heç kəs dana bilməz. Onun nazirlikdə işlədiyi dövrdə inşa etdiyi yolların hamısının dağılması məlumdur. Bu, həm də korrupsiyadan başqa onun gördüyü işlərin də yarıtmazlığının sübutudur. Sual edirəm, xalqın bu qədər vəsaitini oğurlamış insan istəsə belə, Allah onun Quranı anlamasına imkan verərmi?”.

Quranda qeyd olunduğu kimi kafirlərin Quranı oxuduqca Allaha nifrətinin artdığını vurğulayan S. Cəlaloğlunu deyib ki, bir çox insanların "mən Quranı təhlil edirəm” adı ilə onu oxuması əksinə onların imanını bir az da azaldır, onların kafirliyini artırır:

"Allah kafirə icazə vermir, Qurandan heç nə anlaya bilmir. Düşünür ki, sən demə, Allah yalan imiş, qiyamət olmayacaq, məhkəmə qurulmayacaq, mən əməllərimə davam edim.

Fikrimcə, Z. Məmmədov duasını Allaha çatdıran əməllər görmədiyindən onun Quranı oxuyub təhlil etməsi mümkün deyil. Cəzasını çəkməyincə Allah belə insanlara hidayət etməz, müqəddəs kitabın bir kəlməsini belə başa düşməyə icazə verməz. Quranda açıq şəkildə yazılıb ki, kafirlər bu kitabdan bir cümlə belə mənimsəyə bilməzlər. Bu kitabı yalnız, möminlər, əməlləri Allahın təqdirini qazanmış insanlar oxuyub mənimsəyə bilər. Ona görə insanlar biri-birinin əməlini, xeyirxahlığını dəyərləndirəndə deyir, Allah razı olsun. Çünki Allah razı olduqda insanı istiqamətləndirə bilər. Ona görə Z. Məmmədovun əməlləri düzgün olmadığına görə Quranı anlamayacaq. Başa düşdüklərini də tərsinə qavrayacaq”.

Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov qardaşının istirahətdə olduğunu bildirib.

E. Məmmədovun sözlərinə görə qardaşı mütaliəyə geniş vaxt ayırıb, müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bildiyindən bu da xoş olan bir işdir.