backend

Diqqət!!! DÜŞMƏN MEYDAN OXUYUR: “Zərbələr Yevlax və Sabirabada endiriləcək".

Diqqət!!! DÜŞMƏN MEYDAN OXUYUR:  “Zərbələr Yevlax və Sabirabada endiriləcək".

Serj Sarkisyanın Azərbaycana qarşı növbəti “xox” gəlməyi erməniləri əməlli-başlı eyforiyaya soxub. Bunu onların havadarlarının, habelə “intellektual” kəsimlərinin verdikləri rəylərdən görmək olar

Xatırladaq ki, Serj Sarkisyan Ermənistan xarici işlər nazirliyində diplomatik korpusun nümayəndələri ilə görüş zamanı Azərbaycanın işi müharibəyə götürməsi halında Ermənistanın əlində olan hərbi arsenaldan tam istifadə edəcəyini bildirmişdi.

Rusiyanın qatı ermənipərəst publisisti, Rusiya beynəlxalq hüquq assosiasiyasının üzvü Serj Sarkisyanın bəyanatını Bakıya və beynəlxalq aləmə verilən xəbərdarlıq siqnalı, vasitəçilərə isə Azərbaycana təsir göstərməklə bağlı tələb kimi dəyərləndirib.

“Təkcə diplomatlar və hərbi ekspertlər deyil, jurnalistlər və müxtəlif ictimai strukturların nümayəndələri Azərbaycanın situasiyanı hərbi toqquşmaya qədər aparmaq istəyini görür. Barıt qoxusu həm Moskvaya, həm də dünyanın bir çox paytaxtına gedib çıxır. Bir çox dəyərləndirmələrə görə, yeni irimiqyaslı əməliyyatlar yaxın aylarda başlaya bilər. Serj Sarkisyanın bu çağırışı həm də vasitəçilərə Azərbaycana təsir göstərmələri üçün bir tələbdir”, - Dvornikov bildirib.

Diqqət!!! DÜŞMƏN MEYDAN OXUYUR:  “Zərbələr Yevlax və Sabirabada endiriləcək".

Ermənistanın digər politoloqu Levon Şirinyan isə əsl “havaya” girib. Ermənistan mətbuatına danışan Şirinyan Serj Sarksiyanın bəyanatını Azərbaycana qarşı hücum siyasətinin başlanğıcı kimi qiymətləndirib.

Şirinyan bu bəyanata yalnız Dağlıq Qarabağ ətrafında gedən hadisələrin inkişafı çərçivəsində deyil, həm də Ermənistanın Rusiya və Qərblə yeni, daha geniş xarici siyasət konteksində yanaşır. Levon Şirinyanın fikrincə, Serj Sarkisyan bütün dünyaya səslənməklə rəsmi İrəvanın problemin həllində təkcə Rusiyaya güvənmədiyini, göstərmək istəyib. “Görünür Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır”, - Şirinyan bildirib.

Şirinyan Ermənistanın Azərbaycanla savaşmaq üçün resurslarının olmadığını da etiraf edib: “Azərbaycanla uzunmüddətli savaş perspektivində bizim resurslarımız azdır. Ona görə də bu ehtiyatları digər mənbələrdən axtarmaq məcburiyyətindəyik”.

Şirinyanın fikrincə Ermənistan buna görə Rusiya və ABŞ arasında balanslaşdırılımış siyasətlə bağlı prosesə start verib. Politoloq bir çox ekspertin müharibənin yaxın vaxtlarda başlayacağı barədə verdikləri rəyləri birmənalı qəbul etmir.

Diqqət!!! DÜŞMƏN MEYDAN OXUYUR:  “Zərbələr Yevlax və Sabirabada endiriləcək".

“Hər halda Azərbaycanın taktikası aydındır. Azərbaycan güc tükəndirmə, resursları xərclətdirmə siyasətini həyata keçirir. O, bunu aprel döyüşlərindən öncə də edirdi. İndi yenə əvvəlki taktikasına geri dönüb”, - politoloq qeyd edib.

Levon Şirinyan bu mərhələdə yeganə effektiv taktikanın Azərbaycana qarşı geniş miqyaslı hücum başlatmaq olduğunu düşündüyünü söyləyib. Onun düşüncəsinə görə, Ermənistan ordusu iki istiqamət üzrə zərbə vuracaq: “Zərbələr Yevlax və Sabirabada endiriləcək. Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaq (?!-red.) üçündür”.

Levon Şirinyan Ermənistanın hücum etməkdən başqa əlacının qalmadığını qeyd edib: “Əgər Ermənistanda emiqrasiya bu templə davam etsə bizim üçün heç bir perspektiv görünmür. 20 il sonra əlimizdə olan texnikanı kim işlədəcək? İndi Ermənistan hakimiyyəti dilemma qarşısında qalıb - Ya nələrisə dəyişməli, ya da hər şeyi lazımı şəkildə yerinə yetirməyə hazır insanlara yol verməlidir. Bundan sonra genosidə yol verə bilmərik. Ermənistan genişlənməlidir. İlk öncə bu beyinlərdə, daha sonra isə konkret məkanlarda və ərazilərdə baş verməlidir”.(musavat.com)