M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib.
Siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İrana mühacirət edən Rəsulzadə bir müddət burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, Səttarxan hərəkatında yaxından iştirak edib. Lakin siyasi baxışlarına görə burada da çox qala bilməyib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.
Bundan sonra Türkiyəyə üz tutan Rəsulzadə 1911-1913-cü illərdə İstanbulda Türk ocağında çalışıb. 1913-cü ildə isə Bakıya geri qayıdıb.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib və Almaniyaya gedib. İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra yenidən Türkiyəyə qayıdaraq Ankarada yerləşib.
1955-ci ildə 71 yaşında Ankarada vəfat edib və Əsri məzarlığında dəfn edilib.
Hazırda Türkiyə paytaxtında M.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə bir küçə "28 mayıs" adlandırılır.