backend

Putinin Volodinlə İrəvana göndərdiyi "mina"

Putinin Volodinlə İrəvana göndərdiyi "mina"

Rusiya Federasiyası Dövlət dumasının sədri Vyaçeslav Volodinin İrəvan səfəri Ermənistanda geniş müzakirələrə səbəb olub. Məlumdur ki, Rusiya rəsmisi İrəvana böyük nümayəndə heyəti ilə etmişdi. Onlar Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Toplantı zamanı ikitərəfli parlamentlərarası əməkdaşlığın indiki vəziyyəti, perspektivləri müzakirə edilib. Volodinin səfəri ilk baxışda adi görünsə də, Ermənistan mətbuatı gizli məqamları ortaya çıxarıb.

Missiya.Az xəbər verir ki, Ermənistanın «1in.am» saytı əsasən İrəvanda Sarkisyanla görüşən nümayəndə heyətinin tərkibinə diqqət çəkib. Məlum olub ki, Volodinin başçılıq etdiyi heyətə Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım Muxtar Respublikasının "dövlət" şurasının nümayəndəsi Vladimir Konstantinovda daxil olub. Krımda yüksək postlardan birini tutan Konstantinov Putinin ən yaxın adamlarından biri hesab edilir.

Hazırda Rusiyanın nəzarətində olan Krımı dünya ölkələri və beynəlxalq təşkilatlar Urkaynanın tərkib hissəsi kimi tanıyır. Sarkisyanın əməkdaşılıq etməyə can atdığı Avropa Birliyi və ABŞ Krıma görə Rusiyaya ağır sanksiyalar tətbiq edir.

Bu məqamda ortaya maraqlı sual çıxır. Sarkisyan Rusiyanın bütün etirazlara baxmayaraq, tərkibinə qatdığı Krım Muxtar Respublikasının rəsmi Moskva tərəfindən təyin edilmiş «rəhbərliyi» ilə əməkdaşlıq edir?

Putinin Volodinlə İrəvana göndərdiyi "mina"
Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya Federasiyası Dövlət dumasının sədri Vyaçeslav Volodin arasında görüş

Sözsüz ki, Ermənistan prezidenti Moskvadan gələn nümayəndə heyətinin tərkibinə daxil olan Vladimir Konstantinovla fikir mübadiləsi aparıb. Bu nüans rəsmi İrəvanın Krımla əməkdaşlıq etdiyini deməyə əsas verir.

Ermənistan KİV-i Sarkisyanın Krım nümayəndəsini qəbul etməsini "Moskvanın Ermənistanın Avropaya gedən yoluna qoyduğu "mina" cümləsi ilə izah edib.

Məlumdur ki, Sarkisyan martın 14-də Moskvaya rəsmi səfərə gedəcək. Səfərdən əvvəl nümayəndə heyəti ilə gələn bu "mina" nın sorağı yəqin Sarkisyanın yenicə qayıtdığı Avropaya da çatıb. Ermənistan prezidenti səfər zamanı Avropa İtifaqı nümayəndələri ilə əməkdaşlıq saizişinin imzalanması məsələsində razılığa gəlib.

Putinin Volodinlə İrəvana göndərdiyi "mina"
Ermənistan prezidenti Serj Sarkisyan və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında görüş

Sarkisyan səfərdən heç 10 gün keçməmiş əməkdaşlıq etmək istədiyi ittifaqın sanksiyalar tətbiq etdiyi Krımın nümayəndəsini qəbul edib.

Çox ehtimal ki, Konstantinov Putinin Avropa İttifaqına göndərdiyi kiçik mesajdır. Putin Avropaya bu mesaji çatdırmaq istəyir: Sarkisyan mənim adamımdır və mənim istədiyim ölkə və ittifaqla əməkdaşlıq edə bilər.

Putinin Volodinlə İrəvana göndərdiyi "mina"
Rusiyanın Urkaynadan ilhaq etdiyi Krım yarımadası (qırmızı rənglə işarələnib)

Ehtimal ki, Sarkisyanın bu səhvindən sonra heç Avropa Birliyi də onunla əməkdaşlıqdan yayınsın. Çünki Avropa ölkələrinin Ukraynanın ərazi bütövlüyünü tanımayan dövlətlə əməkdaşlıq edəcəkləri real görünmür. Sarkisyanın uduzduğu ikinci məqam isə Dağlıq Qaraba münaqişəsi ilə bağlıdır.

Məlumdur ki, əksər beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar nümayiş etdirir. Çox vaxt beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamələrə biganə yanaşırlar. Yəqin ki, Sarkisyanın Krımla bağlı atdığı addım beynəlxalq təşkilatları «yuxudan» oyadacaq. Bundan sonra onlara aydın olacaq ki, Ermənistan seperatçılığı dəstəkləyən dövlətdir. Əgər belə olmasa idi, Sarkisyan Ukraynanın ərazi bütövlüyünü pozmuş Krım "rəhbərliyi"nin nümayəndəsini qəbul etməzdi.


Elvin Məmmədov
Missiya.Az