backend

Obamadan Putinə çağırış: "Dəstək ver"

Obamadan Putinə çağırış: "Dəstək ver"


ABŞ Prezidenti Barak Obama rus separatçıların Ukraynada vurulan Malayziya Hava Yollarına məxsus təyyarə ilə bağlı aparılan araşdırmalara maneə törətdiklərini bildirib.


Obama məsələ ilə bağlı Putinə çağırış edərək ədalətli araşdırma aparılması üçün dəstək verməsini istəyib.

Obama 4 gün əvvəl vurulan sərnişin təyyarəsi ilə bağlı araşdırmaların təcili olaraq aparılmalı olduğunu və reallıqların bir an öncə ortaya çıxmalı olduğunu qeyd edib.

Xatırladaq ki, 4 gün əvvəl Ukrayna-Rusiya sərhədində vurulan Malayziyaya məxsus "Boinq -777" tipli sərnişin təyyarəsində olan 295 sərnişin həyatını itirmişdi.