backend

Həsən Şirinov Prezidentin cəza verməsindən danışdı

Həsən Şirinov Prezidentin cəza verməsindən danışdı


Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan məlumatları təkzib edib.


H.Şirinov "Publika.az"a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Hamısı boş şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.

Ötən həftə Prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır:

“Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.

Xatırladaq ki, Həsən Şirinovun sürücüsünün yol verdiyi səhv ucbatından Prezident İlham Əliyevin təxminən 15-20 dəqiqə tıxacda qalması barədə məlumat yayılıb. "Virtualaz.org"un xəbərinə görə, bu səhv general Şirinova baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov ötən həftə Prezidentin kortejindən xaric edilib. Bundan sonra Prezident İlham Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov müşayiət edəcəyi də bildirilirdi.