Tələbələri aparan avtobus dəhşətli qəzaya düşdü: –3 ölü, 14 yaralı - VİDEO
927
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış. 08:28 Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Şosenin Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub. Məlumata görə, hadisə nəticəsində bir-neçə sərnişin sərnişin həyatını itirib, xeyli yaralı var. Faciə barədə hələ rəsmi məlumat yoxdur.
Hadisə şahidlərinin BakiPost.az-a göndərdiyi videonu təqdim edirik: