backend

Universitet dəhşətli qəza ilə bağlı məlumat yaydı

Universitet dəhşətli qəza ilə bağlı məlumat yaydı












Sumqayıt Dövlət Universiteti bu gün tələbələri daşıyan mikroavtobusun dəhşətli qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Universitet hadisə ilə bağlı geniş informasiya yayacağını bildirib:

”Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Masazır dairəsindəki körpünün üstündə "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu daş maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetinin iki nəfər tələbəsi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli yüngül bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib. Hazırda SDU-nun rektoru, prorektorlar və dekanlar hadisə yerindədirlər. İrəliləyən dəqiqələrdə hadisə ilə bağlı informasiya verəcəyik”.