backend

Lukaşenko Moskvanı niyə hədələyir?

Lukaşenko Moskvanı niyə hədələyir?

“Bu gün Ukraynanı, Rusiyanı, eyni zamanda Belarusiyanı birləşdirən bir neçə amillər var. Əsas məsələ də, Belarusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv olmasıdır”.


Bu barədə politoloq Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib. Siyasətçinin sözlərinə görə, ona görə Lukaşinka belə bəyanatla çıxış edir ki, Rusiya bu dəqiqə Avropadan təhlükə gözlədiyi üçün orada hərbi baza yaratmaq üçün təzyiqlər edir.

“Lukaşinka da ərazisində hansısa dövlətin hərbi bazasının yerləşməsinin qəti əleyhinədir. İkinci məsələ də ondan ibarətdir ki, Belarusiya Avropaya pəncərə kimi istifadə edə bilərlər. Əgər Rusiya Belarusiyaya qarşı hansısa sanksiyalar tətbiq etsə, artıq Avropa məsələyə qarışar. Avropa Belarusiya ilə danışıqlara gedib, koalisiya yarada bilər. Buna görə də orada gərginlik davam edir”.

A.Nağıyev bildirib ki, Rusiya sona qədər düzgün oyun oynamır:

“Onlar istənilən vaxt iqtisadi məsələləri siyasi təzyiqlərlə əvəz edirlər. Bir məsələ də ondan ibarətdir ki, Avropa ilə saziş imzalayan 6 ölkədən biri məhz Belarusiyadır. Məlum məsələdir ki, Avropa bu gün Azərbaycan və Belarusiyadan başqa, Moldava, Ukrayna və Gürcüstanla saziş imzalayıb. Yerdə qalan Azərbaycan, Belarusiya qalıb. Ermənistan rəhbəri S.Sarkisyan da məsələni müzakirə etmək üçün Avropaya getmişdi. Müəyyən problemlər qalıb. Məhz buna görə də, Rusiya öz narazılığını bildirir. Adekvat olaraq da, Belarusiya rəhbərliyi onlara belə cavablar verir”.

Qeyd edək ki, Belarusiyanın prezidenti Aleksandr Lukaşenko tədbirdə Moskva əleyhinə bəyanatla çıxış edib. Lukaşenko bəyanatında bildirib ki, Moskva və Minsk arasında əsasən də təbii qazın qiyməti məsələsində münasibətlər mühasibatlıq əsasında qurulmamalıdır.

Rusiyanın baş nazirinin Bişkekdəki çıxışını şərh edən Lukaşenko qeyd edib ki, köhnə dostu Medvedyevin sözləri onu təəccübləndirməyib. Əgər Belarusiya təbii qaza görə Avropa qiymətləri ilə ödəniş edəcəksə, Rusiya tərəfi də ödəniş etməli olacaq.

Lukaşenko deyib: "Medvedyev başa düşməlidir ki, biz Avropadakı kimi ödəməli olsaq, nəyəsə görə o da ödəniş etməli olacaq. Qiymətlər də təbii qaz qiymətləri kimi yüksək olacaq. Çox güman ki, Rusiya əhalisi anlamır ki, Belarusiya ilə münasibətlər mühasibatlıqdan o tərəfədir. Bu münasibətləri qiymətləndirmək üçün ötən əsrin ortalarına getmək lazımdır. Bizim əhalimizin üçdə bir hissəsini nəyə qurban verdiyimizi bilirsiniz. Əgər kimsə məsələləri həll etmək əvəzinə vəziyyəti daha da qəlizləşdirmək istəyirsə, bu alınmayacaq".