backend

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS OLUNDU

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS OLUNDU












Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Hava Limanında keçirdiyi əməliyyatda Dövlət Gömrük Xidmətinin zabiti həbs edilib. Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi xəbərdə qeyd olunur ki, əməliyyat 2 gün əvvəl baş tutub. 2 kiloqram qızılı belinə bağlayan gömrük zabiti elə hava limanındaca qandallanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Məlumatda həbs edilən gömrükçünün Milli Məclis üzvlərindən birinin yaxın qohumu olduğu da qeyd olunur.

***
Azərbaycandan külli miqdarda xarici valyuta və qızıl külçələrini Türkiyəyə aparmaq istəyən şəxslər saxlanılıb.
Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Gununsesi.info-ya daxil olan birgə məlumatda qeyd olunur:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər”.