backend

TƏCİLİ: Prezident naziri təcili çağırdı - İclası yarımçıq tərk etdi

TƏCİLİ: Prezident naziri təcili çağırdı - İclası yarımçıq tərk etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin bu gün keçirilən plenar iclasını yarımçıq tərk edib.

Ölkə.az-ın məlumatına görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə Prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”, - deyə spiker bildirib.