backend

Azərbaycan SSR-in xalq artisti Jasmen Qriqoryan:“Mən Azərbaycan xalqının nökəriyəm” – VİDEO

Azərbaycan SSR-in xalq artisti Jasmen Qriqoryan:“Mən Azərbaycan xalqının nökəriyəm” – VİDEO

İnternetdə 30-cu illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Jasmen Qriqoryanın çıxışı əks olunmuş kinoxronika yayılıb.
1938-ci ildə təbliğat-təşviqat məqsədi ilə çəkilmiş bu lentdə Azərbaycanın xalq artisti olmuş Jasmen Qriqoryan deputat məsuliyyəti ilə bağlı çıxış edir. O, Stalin Konstitusiyasını tərifləyir.
Bununla yanaşı, çıxışda maraqlı məqamlar da var. “Mən Azərbaycan SSR-in xalq deputatı adını daşımağımla fəxr edirəm və bunu böyük şərəf sayıram. Xalqın etimadını doğrultmağa çalışıram”, – Jasmen çıxışında qeyd edir.
Qriqoryan deputatları “xalqın xidmətçisi” adlandırır: “Ən böyük xoşbəxtlik mənim üçün odur ki, mən xalqın nökəriyəm. Öz fəaliyyətimdə mən böyük Stalinin bu göstərişini heç vaxt unutmuram”.
Jasmen Qriqoryan dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1894-cü ildə Tiflisdə anadan olan Jasmen 1920-48-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləyib. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan hökumətinin dəvəti ilə Yerevana köçüb. Burada Sundukyan adına Yerevan dram teatrında çalışıb.
Jasmen Qriqoryan 1978-ci ildə vəfat edib.